Azəriqaz həyət evinin cəriməsini binadakı mənzilə yazdı Protokola da özləri imza atıb ŞİKAYƏT
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Abşeron rayonunun Xırdalan şəhərində yaşayan vətəndaş "Azəriqaz" trəfindən əsassız cərimələndiyini iddia edir.
Milli.Az-a mürət edən vətəndaş Qabil Aşırov bildirir ki, 2019-cü ildə "Azəriqaz" tərəfindən 200 manat cərimələnib.
"Azəriqaz" tərəfindən vətəndaşın yaşadığı mənzildə aparılan yoxlama zamanı qaz sayğacından kənar, qeyri-qanuni təbii qaz istifadəsinin aşkar edildiyi bildirilib. Bununla bağlı qurum tərəfindən 1998 kubmetr həcmində ziyan hesablanaraq təxminən 200 manat məbləğində cərimə tətbiq edilib.
Aşırov Qabil isə iddialarla razılaşmadığını deyir.
Onun sözlərinə görə, cərimə bildirişində qeyd olunan pozuntu başqa ünvanda yerləşən həyət evində qeydə alınıb, lakin sənəd onun adına rəsmiləşdirilib.
Mənim iştirakım olmadan protokol tərtib olunub, hətta protokolda mənim yerimə imza da çəkilib. Mən çoxmərtəbəli binada yaşayıram, amma həyət evindəki problemə görə mənə cərimə yazılıb. Cərimədən isə heç xəbərim də olmayıb və neçə müddətdir ki, bu cərimənin bir hissəsini xırda-xırda ödəmişəm".
Vətəndaş qeyd edir ki, "Azəriqaz"a müraciət də edib, lakin səhv protokol düzəldilməyib.
Aysel Quliyeva
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 21 Noyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















