Bu cərimənin məbləği 4 dəfə artırıldı
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr 4 dəfə artırılıb.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq ediləcək və ya iki yüz manat məbləğində cərimə ediləcək.
Indiyə qədər qüvvədə olan qanuna əsasən, bu cərimə 50 manat olub.

Daha bir cərimənin məbləği artırıldı
29 Noyabr 2024 14:14
Bu cərimənin məbləği artırılır
14 Fevral 2025 12:07

