Icma.az
close
up
RU
Qədim Qurani Kərim nüsxələri, Kəbənin maketi İslam Sivilizasiyası Muzeyindən REPORTAJ

Qədim Qurani Kərim nüsxələri, Kəbənin maketi İslam Sivilizasiyası Muzeyindən REPORTAJ

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Şarja İslam Sivilizasiyası Muzeyi mühüm mədəni və turistik məkandır. Muzey Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərinin ürəyində - Əl-Məcərrə sahilində yerləşir.

Oxu.Az "Kaspi" qəzetinin həmin ərazidən hazırladığı reportajı təqdim edir:

Muzey 1996-cı il noyabrın 6-da Şarjanın İrs Bölgəsində açılıb. Kolleksiyaları çoxaldıqca muzeyin binasını da genişləndirmək lazım gəlib. Ərazidə əsasən ənənəvi əşyalar, tekstil məhsulları və s. satılan mağazaları olan bazar və ətrafındakı kafelər sökülərək yerində muzeyin böyük binası inşa olunub. Muzey 2008-ci ildə "Şarja İslam Sivilizasiyası Muzeyi" adı altında yenidən açılıb. Muzey Ali Şuranın üzvü və Şarja hökmdarı Əlahəzrət Şeyx Dr. Sultan bin Məhəmməd Əl Qasiminin göstərişi ilə fəaliyyətə başlayıb. Binanın tağları, mürəkkəb dizaynı, vitrajları və mərmər döşəməsi də içərisi qədər gözəldir.

Nəfis tarixi əsərlər

Muzeydə V əsrdən başlayaraq XIV əsrə qədər böyük İslam sivilizasiyasını əks etdirən unikal eksponatlar nümayiş etdirilir. Muzeyin qalereyaları - İslam incəsənəti, xəttatlıq, silahlar, əlyazmalar, erkən elmi yeniliklərdən bəhs edən eksponatlardan ibarətdir. Qalereyalarda ümumilikdə 5 mindən çox artefakt sərgilənir. Ziyarətçilər İslam tarixi, mədəniyyəti və kəşfləri ilə tanış olmaqdan zövq alırlar.

Quranın köhnə nüsxələrinə baxmaq imkanı

Muzey altı geniş qalereya və sərgi sahələrindən ibarətdir. Birinci mərtəbədə müxtəlif texniki nailiyyətlər və keçmiş əsrlərin elmi işlərinin əks olunduğu qalereya var. Burada naviqasiya ilə əlaqəli bir çox eksponat toplanır - kompaslar, astrolablar, müxtəlif naviqasiya cihazları və s.

Birinci mərtəbədə həm də əsas dini obyektlərin və atributların təqdim olunduğu zal yerləşir. Bu, muzeyin daimi kolleksiyası - "Əbu Bəkr İslam İnancı Qalereyası"dır.

Ekspozisiyalarda qədim "Qurani-Kərim"dən, həmçinin müxtəlif xəttatlıq növlərindən, məscidlərin tikintisindən və dini bayramlardan bəhs edilir. Stendə yaxınlaşarkən yalnız bir düyməni basmaqla göstərilən əşyalar haqqında hekayə eşidilir. Ekspozisiyalarda ziyarətçilər Kəbənin fiziki maketini və ziyarət geyiminin orijinal hissələrini, nadir tarixi Quran əlyazmalarını, eləcə də dünyanın müxtəlif yerlərindən məscidləri və onların memarlığının maket fiqurlarını və şəkillərini görə bilərlər. Qalereya ziyarətçilərə iman, namaz, oruc, zəkat və həcc haqqında məlumat verir. Burada, həmçinin Quranın köhnə nüsxələrinə baxmaq mümkündür.

Müsəlman alimlərinin kəşfləri

İbn əl-Heysəm Elm və Texnologiya Qalereyasında ziyarətçilər qədim İslam tarixi boyu müsəlman alimlərinin kəşfləri və ixtiraları ilə tanış ola bilirlər. Mürəkkəb üçölçülü modellər, audiovizuallar və geniş məlumat panelləri astronomiya, tibb, coğrafiya, memarlıq, riyaziyyat, kimya, hərbi texnologiya, dəniz naviqasiyası və mühəndislik daxil olmaqla, bütün sahələrdə müsəlman alimləri tərəfindən edilmiş kəşflərin, ixtiraların və nəzəriyyələrin qrafikləri əks olunub.

İkinci mərtəbədə qədim keramika kolleksiyaları, müxtəlif qablar, metal məmulatlar, çox gözəl vazalar var. Burada şüşə əşyalar və təbii əl istehsalı xalçalar da nümayiş olunur.

Ziyarətçilər xüsusilə silah kolleksiyasının qarşısında ayaq saxlayırlar. Burada müxtəlif bıçaqlar, qılınclar və odlu silahlar sərgilənir.

Dulusçuluq, oyma, tekstil, xalçaçılıq

Daha dörd qalereya eramızın yeddinci əsrindən 20-ci əsrinə qədər uzanan dövrlərdə İslam sənətini nümayiş etdirir. Eksponatlar arasında dulusçuluq, ağac üzərində oyma, tekstil, əlyazmalar, xalçaçılıq nümunələri var. Monitorlarda rəsədxanalar, müxtəlif tibbi, stomatoloji və cərrahi alətlər nümayiş etdirilir.

Yeddinci qalereyada Osmanlının şah əsərlərindən tutmuş fars xəttatlığına qədər eksponatlar nümayiş etdirliir. Bələdçi məlumat verib ki, bu qalereya Budapeşt, Malayziya və digər ölkələrin muzeyləri ilə birgə müntəzəm təşkil edilən müvəqqəti sərgilərə ev sahibliyi edir.

Muzeyin İslam sikkə kolleksiyaları Əl Məcərrə Qalereyasının kənarındakı atriumda nümayiş etdirilir. Ziyarətçilər monitorlar vasitəsilə bu sikkələrin tarixi və yaranması haqqında məlumat əldə edə bilirlər. İstənilən sikkənin bütün xırda detallarını böyüdücü şüşə ilə yoxlamaq mümkündür. Əl Məcərrə Müvəqqəti Sərgi Qalereyası ildə iki dəfə dünya səviyyəli sərgilərə ev sahibliyi edir.

Tədbirlər üçün mükəmməl məkan

Binanın günbəzinin daxili hissəsində gecə səmasının mozaikasını, bürcləri və ulduzları görmək mümkündür. Əl ilə yaradılmış sənət əsəri 24 karatlıq qızıldan ibarət olmaqla kiçik keramika parçalarından hazırlanıb.

Muzey tədbirlərin keçirilməsi üçün də mükəmməl məkandır. Burada seminarlar keçirilir, 6-12 yaşlı uşaqlar və onların ailələri hər şənbə günü praktiki fəaliyyətlərdə iştirak edirlər.

Ən başlıcası, audiobələdçini dinləməklə muzey ekspozisiyaları və eksponatları haqqında ətraflı informasiya almaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyun 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri