Icma.az
close
up
RU
“Bu cür müğənnilərə “sahib çıxanlar” onları qudurdub” Hüquq müdafiəçisindən SƏRT REAKSİYA

“Bu cür müğənnilərə “sahib çıxanlar” onları qudurdub” Hüquq müdafiəçisindən SƏRT REAKSİYA

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Avroviziya" qalibi Nigar Camalın "Dream Fest"dəki səhnə geyimi ölkə ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Kimi Nigarı dəstəkləyir, kimi də bu cür geyimlərin yeniyetmə qızlarımız üçün mənfi presedent olmasını əsas gətirərək, onu tənqid atəşinə tutur.

Bakıvaxtı.az xatırladır ki, Nigar Camalı qınayanlardan biri də Əməkdar artist Fərqanə Qasımova olub:

“Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır”.

F.Qasımovanın tənqidinə cavab verən N.Camal “qaş düzəlmək əvəzinə vurub gözünü də çıxarıb”. Səhnə adamı olduğunu deyən Nigar qeyd edib ki, fərqli-fərqli geyimlər geyinə bilər:

“Bu, normal bir şeydir. Bu, bütün dünyada normal qarşılanır. Adi insanlar özlərini səhnə adamları ilə eyni tuturlarsa, bu, onlarda gözəl görünməz, bəlkə də bu, normal deyil. Amma biz səhnədəyik, hər şey ola bilər. Belə daha maraqlı olur”.

Vəziyyəti dəyərləndirən hüquq müdafiəçisi Novella Cəfəroğlu Bakıvaxtı.az-a söyləyib ki, avropalı olmaq, o düşüncə ilə yaşamaq, səhnədə yer almaq o demək deyil ki, lütlənib ortalığa çıxmalısan. Avropalı olmaq qadının qadınla, kişinin kişi ilə evlənməsi deyil:

“Sənin öz ənənən, genefondun, kökənin, milli dəyələrin var. Kökündə, mayanda olan abır-həya məsələsi var. Açıq-saçıq deyil, normal şəkildə geyinmək olar. Amma bunlar biabırçı geyinirlər. Mən bu məsələdən narahatam. Kiminsə şəxsi həyatından deyil, əxlaqsızlığın geniş yayılmasından narahatam. Bu yol cəmiyyəti əxlaqsızlığa aparır. Küçədə gəzən cavan qızlarımıza diqqət edin. Onlar televiziyalardakına baxıb, “örnək” götürürlər və o formda da geyinib, küçələrə çıxırlar”.

Novelle Cəfəroğlu Nigar Camalın “Biz səhnədəyik, hər şey ola bilər. Belə daha maraqlı olur” açıqlamasına sərt reaksiya verib:

“Səhnə adamı olmaq soyunub küçələrə çıxmaq deyil. Doğrudan da buna çox acıyıram. Nə olub axı sizə? Bizim tarixən elə xanım-xatun qadınlarımız olub ki...O cür xanımlardan ibrət götürün də. Avropdan elm, təhsil və məhkəmənin aliliyini  əxz edin, soyunmağı yox”.

“Geyim əxlaq norması deyil” yanaşımasına diqqət çəkən Cəfəroğlu qeyd edib ki, bu, açıq-saçıqlığa haqq qazandırmaqdan başqa bir şey deyil:

“Baxın, o cür geyinən müğənnilərin geyimi küçədə gəzən qızlarımıza sirayət edir. Gənc qızlarımız da müğənnilər kimi, dodaqları, yanları və sinələrini şişirdirlər. Bəli, estetik əməliyyat etdirmək olar, amma bunların etdikləri özlərini abırdan salmaqdır. Bu qədər də iyrənclik olmaz. Hər şeyin həddi-hüdudu var. Televiziyaya çıxanlar da o gündədirlər. Onun üçün televiziyalardan başlamaq lazımdır. Xalqın əxlaq kodeksinə zidd davrananlar efirlərə buraxılmamalıdırlar. Aparıcılara da diqqət etmək lazımdır. Gözəl veriliş aparanlarımız da var. Onlardan öyrənmək gərəkir. Cəmiyyət bu məsələləri qınamalıdır”.

N.Cəfəroğlu onu da əlavə edib ki, bu cür müğənnilərə “sahib çıxanlar” onları qudurdub:

“Həmin adamlar da böyük vəzifələrdə çalışırlar. Bunu hamı, Azərbaycan ictimaiyyəti yaxşı bilir”.

Bakıvaxtı.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri