Icma.az
close
up
RU
Bu cür yanaşma Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasını çətinləşdirər Deputatdan Aİ yə ETİRAZ

Bu cür yanaşma Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasını çətinləşdirər Deputatdan Aİ yə ETİRAZ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış “Avropa İttifaqı - Ermənistan Tərəfdaşlıq üçün Strateji Gündəlik” sənədi əslində Avropanın bu günə qədər qəbul etdiyi, mənimsədiyi və indi də davam etdirdiyi selektiv siyasi təfəkkürün təzahürüdür".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Brüsseldə Aİ və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, istər Şərqi Avropada, istərsə də Cənubi Qafqazda baş verən proseslərdə Avropa İttifaqı uzun illərdir hansı mövqeyi tutursa, bu gün də eyni yanaşmanı təkrarlayır:

"Ancaq dünyada və Avropada baş verən hadisələr göstərir ki, Aİ-nin bu cür yanaşması dəfələrlə onun siyasi məğlubiyyəti ilə nəticələnib, problemləri heç vaxt həll etməyib, əksinə daha da dərinləşdirib. Məhz Aİ-nin yanaşması nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli 30 il yubadılıb. Çox təəssüf ki, həmin Avropa eyni siyasi məntiq ilə çıxış edərək Tərəfdaşlıq müqaviləsində “Dağlıq Qarabağ” ifadəsini işlədir, hərbi cinayətkarlara qarşı davam edən məhkəmə prosesini insan hüquqları kontekstində, selektiv yanaşma ilə qiymətləndirir və bütün bunlar qoca qitənin qocalmış siyasi və hüquqi təfəkkürünün nəticəsi kimi ortaya çıxır".

Deputatın fikrincə, baş verən prosesslər bir daha göstərir ki, Avropa İttifaqı yeni reallıqları qəbul etmir, Cənubi Qafqaz ölkələri arasında konfliktin mövcud olmasına şərait yaradır və bunu özünün istismarçı alətinə çevirməyə çalışr.

"Yəni, bir tərəfdən bu müddəalar Ermənistanı həvəsləndirib Azərbaycana qarşı qoymaq, digər tərəfdən isə Azərbaycana təzyiq etməklə iki ölkəni qarşı-qarşıya gətirmək fəlsəfəsinə xidmət edir. Bu çirkli fəlsəfə artıq iflasa uğrayıb və ifşa olunub. Ona görə də düşünürəm ki, Azərbaycan Xarici İşlər Nazirliyinin etirazları tamamilə doğrudur və yerindədir. Avropa İttifaqı bu köhnəlmiş, deqradasiyaya uğramış diplomatik terminlərdən və yanaşmadan nə qədər uzaq olsa, bir o qədər də özünün lehinə olar. Əks təqdirdə, bu cür yanaşma Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasını çətinləşdirər və Avropa İttifaqının regionda yaranmış yeni reallıqlardan öz xeyrinə istifadə etməsi sadəcə xəyal olaraq qalacaq", - deyə Hikmət Babaoğlu vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri