Icma.az
close
up
RU
“Bu dəfə pərdəni endirmədilər...”

“Bu dəfə pərdəni endirmədilər...”

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Kənan HACI

Unudulmaz aktyorumuz Əli Salahlının əziz xatirəsinə
Tale elə gətirib ki, ta gənclik illərimdən sənət adamları ilə sıx ünsiyyətdə olmuşam. Aktyorlarla, rəssamlarla, musiqiçilərlə, alimlərlə, şair və yazıçılarla... Onların hər biri bənzərsiz xüsusiyyətləri ilə hafizəmdə dərin iz buraxıb. Hər biriylə bağlı munis, həzin xatirələrim var. Belə insanlardan biri də Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Əli Salahlı idi.

İkiminci illərin əvvəlləri idi. “Sənət qəzeti”ndə çalışırdım. Günün ikinci yarısı evə getməyə hazırlaşırdıq ki, yazıçı Nurəddin Ədiloğlu redaksiyaya daxil oldu. Səhv etmirəmsə, yeni yazı gətirmişdi. Qəzetin baş redaktoru, hal-hazırda İsveçrədə yaşayan yazıçı Samir Sədaqətoğlu ilə Nurəddin çox yaxın idilər. Yeri gəlmişkən, bizim Nurəddinlə dostluğumuzun təməli də məhz həmin gün qoyuldu, bu dostluq bu günə qədər davam edir. Bir az ordan-burdan söhbətləşdik, sonra dedi ki, sizi yaxşı bir yerə qonaq aparmaq istəyirəm. Samir Sədaqətoğlu, Nurəddin Ədiloğlu və mən mülayim bir yaz axşamında Əli Salahlının Keşlədəki evində qonaq olduq. Unudulmaz bir gün yaşadıq. Əli Salahlı həmin günü adilikdən xilas elədi, o günə məna, məzmun qatdı.
Xatırlayıram, həyətlərində ağac altında xudmani bir məclis qurmuşdu. Deyəsən, su quyusu qazırdı, iş geyimində idi. Heç əynini dəyişmədi də. O məclisdə mən Əli Salahlı adlı bir sənət adamını kəşf etdim. Olduqca səmimi, koloritli, köhnə kişilərə xas təmkinli bir adam təsiri bağışladı mənə. Ramiz Rövşənin bir şeirini dedi.
Çörəyin daşdan çıxırsa,
Qab-qacağı neyləyirsən?
Bir məclisdə yerin yoxsa,
Qanacağı neyləyirsən?

Səsi indi də qulaqlarımdadır. Badələr toqquşurdu, Əli Salahlı da cuşa gəlib özünü səhnədəymiş kimi hiss edirdi. İçindəki sənət yanğısını fürsət düşmüşkən bu kiçik masa arxasında belə ifadə edirdi. Öyrəndim ki, rəssamlığı da varmış. Dəniz kənarından yığıb topladığı balıqqulağıdan at fiquru düzəltmişdi, baxıb heyran qaldıq. Aradan iyirmi ildən çox zaman keçib, onun söhbətlərini hələ də unutmamışam. Bütün parametrləriylə maraqlı persona idi. İçimdə onun haqqında yazı yazmaq istəyi də yaranmışdı.
Nurəddin Ədiloğlu həmin məclisi belə təsvir edir:
“...Bu da Əlinin Keşlədəki evi. Əli, mən, Samir Sədaqətoğlu, Kənan Hacı, bir də Əlinin kiçik qızı Səkinənin gələcək qayınatası Sübhan!
Əli gözəl süfrə açıb, həm də “sərgi”. Birmərtəbəli evinin divarı boyu əl işləri, rəsmləri düzülüb. Gözəl, bahalı çərçivələrin içində orijinal işlənmiş atlara, dəvələrə, gül çələnglərinə, ay-ulduzlara tamaşa edirik. Əli tez-tez həyəti sulayır. Həm də bunu elə səliqəli və ehtiyatla edir ki, dördkünclərə (çərçivələrə) salınmış əl işlərinin – pannoların üstünə sıçramasın.

Əli Salahlı
...Əli darısqal həyətdə özü quyu qazıb, əkib-becərdiyi göy-göyərti, dekorativ və meyvə ağacları göz oxşayır. Hasara bitişik, xudmani, yarımçıq otaqlar da Əlinin öz yaradıcılığının “məhsulu”dur. Bir az pul olsa... İkinci mərtəbəsini tikər, bax burdan əyri, miniatür pilləkan, bax orda... filan şey, kiçik olsa da, bapbalaca saraya oxşayacaqdı...
Əlinin içində həm də memarlıq eşqi vardı...” (Nurəddin Ədiloğlu, “Sonuncu monoloq”, Bakı. “Araz” nəşriyyatı, 2006. Səh.64)
Nurəddinin kitabını oxuduqca o məclisin, o həyətin mənzərəsi tədricən bir az da aydınlaşır, mən bəzi nüansları unutmuşam. Nurəddin hələ o vaxt bunları yazıbmış. Zaman keçdikcə yaddaş da sozalır, bulanır... Amma Əli Salahlının portreti xatirələr dünyasında öz aydınlığını qoruyub saxlayır. Bu qəbil insanlar heç vaxt unudulmur. Bir də o mehmannəvazlığı, o duzlu-məzəli söhbətləri necə unutmaq olar?!
Az müddət sonra gözəl şairimiz Vaqif Bəhmənlinin redaktoru olduğu “Humanitar qəzeti”ndə Nurəddin Ədiloğlu ilə birlikdə çalışdıq. Tez-tez Əli Salahlı haqqında danışırdıq. Nurəddin deyirdi ki, o yazını mütləq yaz, Əli müəllim sevinər. Bilmirəm... Bilmirəm nə üçünsə o yazı yazılmadı. Amma Nurəddin Əli Salahlı haqqında çox gözəl, məzmunlu, kövrək bir kitab yazdı. Bu haqda bir qədər sonra.
2005-ci ilin yazında Masallıda şair Novruz Xoşbəxtin xatirəsinə həsr edilmiş geniş tədbir keçirilməliydi. Bakıdan da yazıçı və şairlərdən ibarət nümayəndə heyəti Masallıya getməli idi. O tərkibdə mən də var idim. Tarixi dəqiqləşdirmək üçün Nurəddin Ədiloğlunun qələmə aldığı “Sonuncu monoloq” kitabına baxıram. 23 aprel, 2005-ci il imiş. Həyatımın burulğanlar dövrü idi. Bu böhranlı mərhələni adlaya biləcəyim sual altında idi. Söz sözü çəkib gətirir. Novruz Xoşbəxtin oğlu, modern şeirləri ilə ədəbi mühitin diqqətini çəkmiş dostum İlham Novruzoğlu həmin mərhələdə mənə sözün əsl mənasında dayaq oldu. Qocaman şair Məmməd Kazımı da bu yazıda minnətdarlıq hissiylə xatırlayıram. Məhz o insanların sayəsində mən həyatın ağır sınağına tab gətirə bildim. Masallıda keçiriləcək ədəbi tədbirə qatılmağıma çox sevinirdim, düşünürdüm ki, bir günlük olsa da amansız qayğılardan xilas olacağam.
Masallı Mədəniyyət Evində keçirilən tədbirdə iynə atsaydın, yerə düşməzdi. Zal ağzına qədər dolu idi. Novruz Xoşbəxtin qələm dostları çıxış edirdi – Məmməd Kazım, Arif Fərzəli, Vilayət Məmmədov, tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli... Əməkdar artist Əli Salahlını ilk dəfə idi ki, səhnədə görürdüm. Halbuki uzun illər Lənkəran Dövlət Dram Teatrında saysız-hesabsız obrazlar yaratmışdı. Bu dəfə “Gilənar çiçəyinə dediklərim” əsərindən yetim Əlabbasın monoloqunu söyləyirdi. Ağlımıza belə gəlməzdi ki, bu, Əli Salahlının səhnədə son monoloqudur. İndi bu sətirləri yazarkən həmin anları xatırlayıram və içimdə bir həyəcan dalğası dolaşır.
O, monoloqu söylədi, alqışların müşayiəti ilə səhnə arxasına keçdi. Vəssalam. Elə həmin andaca halı pisləşib, Təcili Tibbi Yardım çağırıblar. Təcili Yardım gəlib çatanda isə Əli Salahlı artıq həyatda yox idi.
Əməkdar İncəsənət Xadimi, rejissor Bəhram Osmanov deyir:
“Aktyorların çoxu arzulayır ki, səhnədə ölsünlər. Belə ölüm dünyada çox az sənətkara nəsib olub. Azərbaycanda isə bu, ancaq Əli Salahlının aktyor taleyinə yazıldı”.
Şair Arif Fərzəli dostunun qəfil gedişini belə ifadə etmişdi:

Bu dəfə yalançı olmadı ölüm,
Bu dəfə pərdəni endirmədilər.

Mən Əli Salahlının Azərbaycan teatrındakı xidmətləri haqqında yazmadım, otuz ildən artıq çalışdığı Lənkəran teatrında yaratdığı saysız-hesabsız rollarını sadalamadım. Onun sənət bioqrafiyası vikipedik bazada yerləşdirilib. Maraqlananlar bu mənbəyə müraciət edə bilərlər. Nurəddin Ədiloğlunun “Sonuncu monoloq” kitabı Əli Salahlıya ucaldılmış söz abidəsidir. Onun ömür və sənət yolu ilə tanış olmaq istəyənlər həmin kitabı oxusunlar. Mən Əli Salahlıyla – bu işıqlı insanla bağlı köhnəlməyən təəssüratlarımı qələmə almaq istədim. Mənim tanıdığım Əli Salahlı haqqında yazmaq istədim.
Ruhu şad olsun.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 May 2025 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri