Icma.az
close
up
RU
Bu dövlətlər Rusiya ilə qarşı qarşıya gəldi Nələr yaşanacaq?

Bu dövlətlər Rusiya ilə qarşı qarşıya gəldi Nələr yaşanacaq?

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası dövründə əsas prioritetlərdən biri olduğu halda, Donald Trampın qayıdışı fonunda sadəcə çoxsaylı potensial silah alıcılarından birinə çevrilib. Kiyev "Patriot" hava hücumundan müdafiə sistemlərini almaq üçün nə qədər tələb olunursa ödəməyə hazırdır, lakin Ağ Evin mövqeyi hələlik qeyri-müəyyən olaraq qalır.


ABŞ-nin Ukraynaya münasibətində dəyişiklik hansı geosiyasi nəticələrə səbəb ola bilər? Vaşinqton üçün Kiyevin “sadəcə silah alıcısı”na çevrilməsi regionda sabitliyə necə təsir edə bilər?

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov ABŞ Prezidenti Donald Tramp və sabiq lider Co Baydenin Ukrayna siyasətinə yanaşmalarının kəskin şəkildə fərqləndiyini deyib.

Politoloq bildirib ki, Baydenin hakimiyyəti dövründə Qərb cəbhəsi vahid mövqe sərgiləyərək Ukraynaya güclü dəstək verirdisə, Trampın yenidən siyasi səhnəyə qayıdışı ilə bu birlikdə ciddi parçalanmalar müşahidə olunmağa başlayıb:

“Artıq səksən ildən çoxdur ki, ABŞ-nin strateji tərəfdaşı olan Avropa, hazırkı şəraitdə Vaşinqtonun təzyiqləri ilə üzləşir. Birləşmiş Ştatlar Avropa İttifaqının təhlükəsizliyinə zəmanət verməkdən addım-addım geri çəkilir və bu məsuliyyəti üzərinə götürməkdə maraqlı görünmür. Əvəzində isə Avropa ölkələrindən müdafiə xərclərini ÜDM-in beş faizi həddinə qədər artırmalarını tələb edir”.

O.Qasımov Trampın hakimiyyətə qayıdışının və Rusiya ilə danışıqlara başlamasının fonunda Moskvanın beynəlxalq təcriddən çıxdığını və bunun da Kremlin mövqeyini gücləndirən əsas amillərdən biri olduğunu vurğulayıb.


O qeyd edib ki, ABŞ-nin Avropanın təhlükəsizlik zəmanətlərində geri addım atması qitə dövlətlərini birbaşa Rusiya təhdidi ilə üz-üzə qoyur:

“Digər tərəfdən, Vaşinqton ilə Kiyev arasında münasibətlərdə də gərginlik yaşanır. Ukrayna istədiyi dəstəyi almaqda çətinlik çəkir, hətta ödəniş etməsinə baxmayaraq “Patriot” hava hücumundan müdafiə sistemlərinin təchizatında problemlər meydana çıxır. ABŞ bu sistemləri Ukraynaya verməkdə o qədər də maraqlı görünmür. Tramp və Putin arasında bəzi sövdələşmələrin baş verdiyinə dair ehtimallar da artmaqdadır. Bu isə Kiyevin maraqlarına zidd ola biləcək razılaşmaların mövcudluğu təhlükəsini gündəmə gətirir”. 


Müsahibimiz Trampın Ukrayna ilə bağlı siyasətinin böyük geosiyasi dəyişikliklərə yol aça biləcəyindən bəhs edib:

“Əgər Ukraynaya dəstək tamamilə dayandırılarsa və Rusiya öz məqsədlərinə çatarsa, bu zaman Avropa İttifaqı ciddi təhlükələrlə üzləşəcək. Rusiyanın imperialist ambisiyaları daha da genişlənəcək ki, biz bunu son dövrlərdə açıq şəkildə müşahidə edirik. SSRİ-nin və ya rus imperiyasının bərpasına dair səsləndirilən fikirlər, Kreml rəhbərliyinin niyyətini və ideoloji yönümünü aydın şəkildə nümayiş etdirir. Ukraynadakı vəziyyətin Rusiyanın xeyrinə dəyişməsi, həm qlobal miqyasda, həm də regional səviyyədə ciddi risklər və dəyişikliklər doğura bilər”.

Fidan Hacızadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 May 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri