Icma.az
close
up
RU
Bu dünya Sokratı zəhərlə öldürən dünya deyilmi? Orxan Saffari

Bu dünya Sokratı zəhərlə öldürən dünya deyilmi? Orxan Saffari

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarixən yazıçının, şairin, filosofun yaxşı gəlir əldə edə bilməməsi və bunun belə başqaları tərəfindən bəzən haqlı, bəzən də nadan təndiqə məruz qalması məlumdur.

“Ədəbiyyat pul gətirmir”, “Başqa işlə məşğul ol”, “Özünə iş-güc tap” və.s və.ilaxır kimi iradlar, çox yəqin, hər kəsə tanışdır.

Məsələyə real yaşam qaydaları yanaşılsa, sözsüz, həqiqət pay yox deyildir. Ancaq sual olunur:

“Yazıçı-şair, filosof niyə pul qazana bilmir?”

Əlbəttə, digər bir real səbəb yaradıcı insanın mövcud olduğu dövr, daha dəqiq, mühitlə bağlı olan məsələdir. Əgər bir yerdə sənətə və sənətkara təlabat yoxdursa, məsələlər daha çox əyləncəyə hesablanıbsa, yaradıcı adam niyə və necə çox qazansın? Bu cür vəziyyət isə bütün dövrlərdə öz mövcudluğunu qoruyub-saxlaya bilmişdir. Yəni, günəşin altında yeni heç nə yoxdur. Vəziyyət iki min əvvəldə eyni idi, iki gün bundan əvvəldə.

Söhbət, əlbəttə, ciddi sənətdən, ciddi sənətkardan gedir. Görünür, əyləndirmək əvəzinə düşündürürsənsə, bir az da “ac” qalmağı gözə almalısan.

Ancaq əksər hallarda adamlar yaradıcı adamların bu baxımdan tamamilə bacarıqsız olduğunu düşünür. Fəqət məsələ tam olaraq belədirmi? Məsələn, bəlkə, yaradıcı adam özü imtina edib? Bəlkə, onun xoşbəxt olduğu nəsnə çoxlu pulun olmasında deyil?

Danimarkalı filosof Kierkagaadın “Yaşamaq üçün yazmıram, yazmaq üçün yaşayıram” fikri də bir az bu məsələnin cavabına yönəlikdir. Məsələn, sözügedən filosof sadəcə fəlsəfə məşğul olmaq üçün evlənməkdən də, ailə mirasından da imtina etməyi bacarmışdı.

Gəncliyində zadəgan həyatı yaşayan Tolstoy da eyni taleyi yaşamışdı.

Sartre, Nitşe, bir sözlə, onlarla nümunələr çəkmək olar. Kimisi ən nüfuzlu, ən çox pul gətirən mükafatlardan, kimisi də əlində hazır olanlardan edərək imtina edib, ancaq və ancaq yaradıcılığına kökləniblər.

Bəlkə, bu, doğrudan da bir şüurlu seçimdir həm də?

Yaxud, şablon olaraq demək olar:

Kapitalist sistemdə satılan məhsullar ya əyləndirir, ya da hansısa yüngül ehtiyacları qarşılayır. Amma yazıçının yaratdığı əsər çox zaman oxucuya narahatlıq, daxili sarsıntı, verir. Bu da oxucu üçün, əlbəttə, bir o qədər cazibədar deyil.

Nəinki yaxşı pul qazanmaq, hətta bu yolda yaradıcı adamlar rədd belə edilir. Yoxsa, yaşadığı cəmiyyətlərdə sıxışdırılan filosoflar, yazıçılar, şairlər yoxdur?

Bu dünya Sokratı zəhərlə öldürən dünya deyilmi?

Bəs belə məqamda nə etməli? Ümumiyyətlə, görəsən, bu məsələyə cavab tapmaq lazımdırmı?

Əlbəttə, min illik tarixi vəziyyəti bir az qəbullanmalı, başa düşməli və bu cür davam etməkdə fayda var. Başqa nə demək, nə etmək olar?

Görünür, bu cür bir məsələyə bir az da romantik yanaşmaq lazımdır. Eynilə Fales məsələsi kimi.

Milet məktəbindən olan Fales barəsində, sözsüz, çoxlu rəvayətlər mövcuddur. Məsələn, Aristotelin “Siyasət” əsərində belə deyilir:

“Falesi kasıblığı və yoxsulluğuna görə tənqid edib deyirdilər ki, fəlsəfənin sənə heç bir faydası olmayacaq. Fales isə ulduzlar barəsində öyrəndiyi biliklər vasitəsi iləmüəyyən etdi ki, qarşıdan gələn ildə zeytun məhsulu çox olacaqdır. Əlində olan az pul ilə Xios və Milet şəhərinin bütün yağ emalatxanalarının behini verərək onlan ucuz qiymətə icarəyə götürdü. Məhsul vaxtı, hamının yağ emalatxanalarına ehtiyacı olduğu zamanda Fales onları istədiyi qiymətə icarəyə verdi və xeyli miqdarda pul əldə etdi. Bununla o, insanlara sübut etdi ki, filosoflar istəsələr, sərvət əldə edə bilərlər. Lakin onların məqsədləri ayrı şeydir”.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 İyul 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri