Icma.az
close
up
RU
Bu emissiya həm Bank of Baku nun güclü imicini ortaya qoydu MÜSAHİBƏ

Bu emissiya həm Bank of Baku nun güclü imicini ortaya qoydu MÜSAHİBƏ

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bank of Baku-nun son istiqraz emissiyası Azərbaycan kapital bazarında əlamətdar hadisəyə kimi yadda qaldı. Emitentin 20 milyon manatlıq istiqraz təklifinə qarşı 23,4 milyon manatlıq 682 sifariş toplandı, sifariş verən fiziki şəxslərin sayı isə 601 nəfər təşkil etdi.

Maraqlı məqam odur ki, 601 investorun cəlb edilməsi Azərbaycan kapital bazarında həm maliyyə sektorundan olan emitentlər arasında, həm də milli valyutada – AZN istiqrazları üzrə rekord göstərici hesab olunur.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Bu uğurlu emissiya barədə  bu buraxılışın anderrayteri olan "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-nin İnvestisiya xidmətləri departamentinin direktoru Vüqar Tanırverdiyev ilə söhbət etdik.

– Bank of Baku istiqrazlarının uğuru barədə nə deyə bilərsiniz?

– Bu emissiya həm Bank of Baku-nun güclü imicini, həm də ümumilikdə bazarda milli valyutada buraxılan istiqrazlara olantələbatı ortaya qoydu. Tələb 20 milyon manatı üstələyərək 23 milyon manatı ötdü. Bu, investorların yüksək etimadının bariz nümunəsidir.

– İştirakçıların rekord göstərici ilə cəlb olunması nə deməkdir?

– 601 investorun iştirakı təsadüfi deyil. Bu, Azərbaycanın kapital bazarı üçün yeni mərhələdir. Əvvəllər istiqrazlara maraq daha çox iri investorlar arasında idi və onlar əsasən ABŞ dollarında denominasiya edilmiş istiqrazlara üstünlük verirdi. Lakin indi AZN-də buraxılmış istiqrazların abunə yazılışı prosesində (sifarişlərin toplanması prosesi) həm institusional, həm də fərdi investorların fəal iştirakı müşahidə olunur. Bu, bazarın kütləviləşməsi və gələcək inkişafı üçün çox vacibdir.

– İstiqrazların şərtləri barədə oxucularımıza məlumat verərdinizmi?

– Bank of Baku istiqrazları illik 13% gəlirlilik təqdim edir. Kupon ödənişləri isə rüblük həyata keçiriləcək. Yəni investorlar ildə dörd dəfə sabit gəlir əldə edəcəklər. Bu, Bank of Baku istiqrazlarını həm gəlirlilik baxımından cəlbedici, həm də mütəmadi gəlir axını baxımından rahat bir investisiya alətinə çevirir.

– Uğurun əsas səbəbi nələrdir?

– İlk növbədə, qeyd etməliyəm ki, bu emissiyanın satış prosesində sifarişlərin tam elektron qaydada mobil tətbiq üzərindən qəbul olunması mühüm rol oynadı. Bu, investorlar üçün həm rahatlıq, həm də əlçatanlıq yaratdı. Əlavə olaraq, Bank of Baku-nun illərdir formalaşdırdığı güclü reputasiyası bazara böyük inam verdi. Digər tərəfdən, bazar şərtləri nəzərə alınsa, 13%-lik illik gəlirlilik çox cəlbedici idi. Bütün bu amillərin birgə təsiri nəticəsində tələb təklifi xeyli üstələdi.

– Bu emissiyanın bazara ümumi təsiri necə ola bilər?

– Bu buraxılış Azərbaycanın kapital bazarında korporativ istiqrazlara etimadın  möhkəmləndiyini göstərdi. Rekord göstəricilər həm emitentlərə, həm də investorlara yeni imkanlar açır. Hesab edirik ki, bu hadisə gələcəkdə digər şirkətlərin də istiqraz bazarına çıxmasına müsbət təsir göstərəcək.

– Son olaraq investorlarınıza mesajınız...

– Bank of Baku-nun istiqrazları sübut etdi ki, etibarlı emitent seçimi ilə həm yüksək gəlir, həm də risklərin minimuma endirilməsi mümkündür. Bu uğurlu buraxılış yerli bazarın inkişafına güclü təkan verəcək.

- Müsahibəyə görə təşəkkür edirik.

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://marja.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri