Icma.az
close
up
RU
Bu ərazilərdə ev alın, 10 ildən sonra çox baha olacaq

Bu ərazilərdə ev alın, 10 ildən sonra çox baha olacaq

Icma.az, Azpost saytına istinadən bildirir.

“Hazırda münasib qiymətə ev almaq istəyənlər üçün Hövsan, Zığ ətrafı, Ələt, Zabrat, Alatava və Pirallahıda perspektivləri var”.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

O əlavə edib ki, 10 ildən sonra həmin ərazilərdə qiymətlər çox ciddi şəkildə bahalaşacaq:

“Urbanizasiyanın qaydalarına görə şəhər böyüyür. Yəni regionlardan axın artdıqca şəhər genişlənir. Əvvəllər şəhərin mərkəzində ev və ya mənzil almaq imkanları böyük idisə, getdikcə bu mərkəzə yaxın ərazilərə transfer etdi. Hazırda mərkəzə yaxın yerlərdə də bu proses çətinləşib. Daha çox şəhərdən kənar istiqamətlərdə daha uyğun şəkildə mənzil almaq mümkünləşib və bu onu göstərir ki, şəhər böyüdükcə və dövr keçdikcə qiymətlərin artımı baş verir.

Qiymətlərin artımı vətəndaşların büdcəsi ilə müqayisədə elə bir şərait yaradır ki, vətəndaşlar daha çox şəhərin kənarlarından mərkəzinə daha çox uzaq məsafələrdə olan ərazilərdən ev, mənzil əldə etsinlər.

Hazırda münasib qiymətə ev almaq istəyənlər üçün Hövsan, Zığ ətrafı, Ələt, Zabrat, Alatava və Pirallahıda perspektivləri var. Bu ərazilərin çox böyük inkişaf perspektivləri var. Bir müddətdən sonra konkret olaraq təqribən 10 ildən sonra həmin ərazilərdə qiymətlər çox ciddi şəkildə bahalaşacaq. Həmin ərazilər infrastrukturun inkişafı baxımından çox önəmli yerlərə çevriləcək.

Hazırda MİDA-nın Hövsanda 6 binası var və 5-i də tikilir. Bundan əlavə bir yaşayış kompleksinin tikilməsi gözlənilir və ticarət və iş mərkəzlərinin inşası planlaşdırılır. Hövsan çox qısa müddət ərzində böyük sənaye, ticarət və iş mərkəzinə çevriləcək. Pirallahı çox böyük nəqliyyat perspektivi olan bir ərazidir.

Həmçinin Ələtdə də çox böyük perspektivlər var və burada yaxın 10 il ərzində mənzilə sahib olmaq prestij sayılacaq. Yəni iqtisadi inkişafın ən çox təsir göstərdiyi ərazilər olaraq bunları qeyd etmək olar.

Bakı şəhərinin Baş Planına əsasən, paytaxtda “Sea Breeze” istiqamətinə doğru nəqliyyat imkanları əlçatanlığı olacaq və eyni zamanda Ziya Bünyadov prospekti, “Koroğlu” metrosu ətrafı ərazilərdə böyük layihələrin icrası gözlənilir”.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Noyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri