Icma.az
close
up
RU
Bu ərazilərdən məhsul yığmaq qadağandır 6000 manat cəriməsi var

Bu ərazilərdən məhsul yığmaq qadağandır 6000 manat cəriməsi var

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Azərbaycanda meşə ərazilərində, yol kənarlarında və digər təbii sahələrdə yabanı meyvə, giləmeyvə, göbələk, bitki və digər təbii məhsulların toplanması adi haldır. Xüsusilə yay və payız aylarında vətəndaşların meşələrə gedərək müxtəlif məhsullar toplaması geniş yayılıb. Lakin hər kəsin təbii ərazilərdə istədiyi məhsulu istənilən qaydada toplaması mümkün deyil. Qanunvericilik meşə sərvətlərindən istifadəyə müəyyən məhdudiyyətlər qoyur və bəzi hallarda bunun üçün xüsusi icazə və ya meşə bileti tələb olunur.
Məsələ ondadır ki, vətəndaşların şəxsi ehtiyacları üçün təbii məhsullar toplaması ilə kommersiya məqsədilə və ya xüsusi mühafizə olunan ərazilərdən qanunsuz istifadə arasında hüquqi baxımdan ciddi fərqlər var. Eyni zamanda, müəyyən ərazilərdə və bəzi məhsulların toplanması zamanı tətbiq olunan qaydaların pozulması inzibati məsuliyyətə səbəb ola bilər.
Bəs vətəndaşlar meşə və digər təbii ərazilərdən hansı məhsulları sərbəst toplaya bilər? Hansı hallarda meşə bileti və ya digər icazə tələb olunur? Qanunvericiliyə zidd olaraq yabanı meyvə, bitki, göbələk və digər təbii məhsulların toplanmasına görə vətəndaşları hansı cərimələr və digər məsuliyyət növləri gözləyir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Elşad İsayev bildirib ki, Meşə Məcəlləsinin 53-cü maddəsinə əsasən, fiziki şəxslər, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, ödənişsiz olaraq şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, qərzəklilər, dərman bitkiləri və digər meşə sərvətlərini yığa bilərlər.
Onun sözlərinə görə, vətəndaşın adi meşə ərazisində şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə müəyyən təbii məhsulları toplaması öz-özlüyündə qanun pozuntusu hesab edilmir və bununla bağlı ümumi qadağa yoxdur:
“Meşə bileti məsələsi isə xüsusilə o zaman yaranır ki, həmin meşə sahəsində müəyyən məhsulların toplanması ümumiyyətlə qadağan edilib və ya onların yığılmasına yalnız meşə bileti əsasında icazə verilir. Bundan əlavə, fəaliyyət şəxsi istifadə həddini aşaraq tədarük və ya sahibkarlıq məqsədi daşıyırsa, bu zaman da müvafiq hüquqi tələblərə əməl olunması zəruridir. Xüsusi rejimli meşələrdə və xüsusi mühafizə olunan ərazilərdə isə daha sərt qaydalar tətbiq oluna bilər.
Hazırkı İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən, meşə fondu sahəsində bu məhsulların yığılmasının qadağan edildiyi ərazidə və ya yalnız meşə bileti ilə yığılmasına icazə verilən sahədə meşə bileti olmadan və özbaşına toplama inzibati məsuliyyət yaradır. Belə hallarda fiziki şəxslər 400–600 manat, vəzifəli şəxslər 2 000–2 500 manat, hüquqi şəxslər isə 5 000–6 500 manat məbləğində cərimə edilə bilərlər.
Yəni burada əsas məsələ vətəndaşın meşədən yabanı meyvə, giləmeyvə və ya göbələk toplamasının özü deyil. Əsas məsələ həmin məhsulların harada, hansı məqsədlə və hansı qaydada toplanmasıdır. Adi meşə sahəsində şəxsi istifadə üçün bu cür məhsulların toplanması qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində mümkündür. Lakin toplama qadağan edilmiş ərazidə və ya meşə bileti tələb olunan sahədə icazəsiz məhsul yığılması artıq qanun pozuntusu hesab olunur.
Bununla yanaşı, “Qırmızı Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi olan bitkilərin toplanmasına xüsusi diqqət yetirilməlidir. Belə bitkilərin təbiətdən götürülməsi və toplanması ümumi qaydada sərbəst fəaliyyət hesab edilmir və qanunvericiliklə qorunur. Vətəndaşlar meşədə və ya digər təbii ərazilərdə rast gəldikləri nadir bitkiləri tanımadan toplamaqdan çəkinməlidirlər. Çünki bitkinin yabanı olması onun istənilən şəxs tərəfindən sərbəst şəkildə götürülə biləcəyi anlamına gəlmir.
Bu baxımdan, təbii ərazilərdə məhsul toplayan şəxslər əvvəlcə həmin ərazinin hüquqi statusuna, toplamaq istədikləri məhsulun növünə və onunla bağlı xüsusi məhdudiyyətlərin olub-olmamasına diqqət etməlidirlər. Xüsusilə “Qırmızı Kitab”a daxil olan bitkilərin qorunması yalnız təbiətin mühafizəsi baxımından deyil, həm də qanunvericiliyin tələblərinə əməl olunması baxımından vacibdir”, - deyə hüquqşünas fikrini tamamlayıb.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Avqust 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri