Icma.az
close
up
RU
Bu ərazilərdən məhsul yığmaq qadağandır 6000 manat cəriməsi var

Bu ərazilərdən məhsul yığmaq qadağandır 6000 manat cəriməsi var

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda meşə ərazilərində, yol kənarlarında və digər təbii sahələrdə yabanı meyvə, giləmeyvə, göbələk, bitki və digər təbii məhsulların toplanması adi haldır. Xüsusilə yay və payız aylarında vətəndaşların meşələrə gedərək müxtəlif məhsullar toplaması geniş yayılıb. Lakin hər kəsin təbii ərazilərdə istədiyi məhsulu istənilən qaydada toplaması mümkün deyil.
Qanunvericilik meşə sərvətlərindən istifadəyə müəyyən məhdudiyyətlər qoyur və bəzi hallarda bunun üçün xüsusi icazə və ya meşə bileti tələb olunur.
Məsələ ondadır ki, vətəndaşların şəxsi ehtiyacları üçün təbii məhsullar toplaması ilə kommersiya məqsədilə və ya xüsusi mühafizə olunan ərazilərdən qanunsuz istifadə arasında hüquqi baxımdan ciddi fərqlər var. Eyni zamanda, müəyyən ərazilərdə və bəzi məhsulların toplanması zamanı tətbiq olunan qaydaların pozulması inzibati məsuliyyətə səbəb ola bilər.
Bəs vətəndaşlar meşə və digər təbii ərazilərdən hansı məhsulları sərbəst toplaya bilər? Hansı hallarda meşə bileti və ya digər icazə tələb olunur? Qanunvericiliyə zidd olaraq yabanı meyvə, bitki, göbələk və digər təbii məhsulların toplanmasına görə vətəndaşları hansı cərimələr və digər məsuliyyət növləri gözləyir?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “demokrat.az”a açıqlamasında hüquqşünas Elşad İsayev bildirib ki, Meşə Məcəlləsinin 53-cü maddəsinə əsasən, fiziki şəxslər, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, ödənişsiz olaraq şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, qərzəklilər, dərman bitkiləri və digər meşə sərvətlərini yığa bilərlər.
Onun sözlərinə görə, vətəndaşın adi meşə ərazisində şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə müəyyən təbii məhsulları toplaması öz-özlüyündə qanun pozuntusu hesab edilmir və bununla bağlı ümumi qadağa yoxdur:
“Meşə bileti məsələsi isə xüsusilə o zaman yaranır ki, həmin meşə sahəsində müəyyən məhsulların toplanması ümumiyyətlə qadağan edilib və ya onların yığılmasına yalnız meşə bileti əsasında icazə verilir. Bundan əlavə, fəaliyyət şəxsi istifadə həddini aşaraq tədarük və ya sahibkarlıq məqsədi daşıyırsa, bu zaman da müvafiq hüquqi tələblərə əməl olunması zəruridir. Xüsusi rejimli meşələrdə və xüsusi mühafizə olunan ərazilərdə isə daha sərt qaydalar tətbiq oluna bilər.
Hazırkı İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən, meşə fondu sahəsində bu məhsulların yığılmasının qadağan edildiyi ərazidə və ya yalnız meşə bileti ilə yığılmasına icazə verilən sahədə meşə bileti olmadan və özbaşına toplama inzibati məsuliyyət yaradır. Belə hallarda fiziki şəxslər 400–600 manat, vəzifəli şəxslər 2 000–2 500 manat, hüquqi şəxslər isə 5 000–6 500 manat məbləğində cərimə edilə bilərlər.
Yəni burada əsas məsələ vətəndaşın meşədən yabanı meyvə, giləmeyvə və ya göbələk toplamasının özü deyil. Əsas məsələ həmin məhsulların harada, hansı məqsədlə və hansı qaydada toplanmasıdır.
Adi meşə sahəsində şəxsi istifadə üçün bu cür məhsulların toplanması qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində mümkündür. Lakin toplama qadağan edilmiş ərazidə və ya meşə bileti tələb olunan sahədə icazəsiz məhsul yığılması artıq qanun pozuntusu hesab olunur.
Bununla yanaşı, “Qırmızı Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi olan bitkilərin toplanmasına xüsusi diqqət yetirilməlidir. Belə bitkilərin təbiətdən götürülməsi və toplanması ümumi qaydada sərbəst fəaliyyət hesab edilmir və qanunvericiliklə qorunur. Vətəndaşlar meşədə və ya digər təbii ərazilərdə rast gəldikləri nadir bitkiləri tanımadan toplamaqdan çəkinməlidirlər. Çünki bitkinin yabanı olması onun istənilən şəxs tərəfindən sərbəst şəkildə götürülə biləcəyi anlamına gəlmir.
Bu baxımdan, təbii ərazilərdə məhsul toplayan şəxslər əvvəlcə həmin ərazinin hüquqi statusuna, toplamaq istədikləri məhsulun növünə və onunla bağlı xüsusi məhdudiyyətlərin olub-olmamasına diqqət etməlidirlər. Xüsusilə “Qırmızı Kitab”a daxil olan bitkilərin qorunması yalnız təbiətin mühafizəsi baxımından deyil, həm də qanunvericiliyin tələblərinə əməl olunması baxımından vacibdir”, - deyə hüquqşünas fikrini tamamlayıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Avqust 2026 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri