Bu ərazilərə leysan yağdı
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Avqustun 27-si saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Gədəbəydə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Mingəçevir, Zaqatala, Goranboy, Şahdağ, Şəki, Oğuz, Şəmkir, Şərurda 1 mm-dək qeydə alınır.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Culfada 22, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Tərtərdə 16 m/s-dək güclənir.
Qusar, Goygöl, Xankəndi, Şahbuz, Lerikdə duman müşahidə olunur.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti müşahidə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 27 Avqust 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















