Icma.az
close
up
RU
“Bu, eyni siyasətin daha səmərəli həyata keçirilməsinə gətirib çıxaracaq” Deputat

“Bu, eyni siyasətin daha səmərəli həyata keçirilməsinə gətirib çıxaracaq” Deputat

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin iyunun 16-da keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qeyd olunub ki, Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.

Bunu zəruri edən odur ki, Audiovizual Şurası və Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyəti bir-birini tamamlayan mexanizm üzərində qurulub. Bu iki qurumun əsasında kollegial idarəetmə sisteminə malik Media və Yayım Şurasının yaradılması dövlətin vahid institusional yanaşma strategiyasından irəli gəlir.

Beynəlxalq təcrübəyə nəzər salanda, oxşar modellər özünü göstərir. Yəni media sahəsində tənzimləmə və inkişaf funksiyaları vahid və ya əlaqələndirilmiş institusional çərçivədə həyata keçirilir ki, bu da daha effektiv nəticələr verir. Məsələn, Böyük Britaniyada Ofcom, Fransada CSA (hazırda ARCOM) qeyd edilən funksiyaları vahid qurum daxilində həyata keçirir.

Qanunda nəzərdə tutulan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “525”ə şərhində bildirib ki, bənzər funksiyanı həyata keçirən subyektlərin birləşməsi daha səmərəli fəaliyyətin təşkili üçün olduqca vacibdir. Onun sözlərinə görə, nəticə etibarilə, söhbət ölkənin informasiya siyasətindən və onun keyfiyyətindən gedirsə, burda informasiya subyektləri və onların funksiyalarına konseptual yanaşma lazımdır.

“Belə olan halda, biz görəcəyik ki, Audiovizual Şura da, Medianın İnkişafı Agentliyi də müxtəlif seqmentlər üzrə informasiya siyasətinin müəyyənləşdirilməsi, onun izlənilməsi, informasiyanın idarəedilməsinin səmərəli formasının tapılmasına xidmət edir. Əlbəttə ki, birlikdə fəaliyyət daha operativ və daha keyfiyyətli idarə etmək üçün yaxşı əsaslar yarada bilər. Üstəlik, hazırkı mərhələdə medianın əsas funksiyalarından biri də analitik təhlil aparmaq, ictimai rəyi öyrənmək funksiyasıdır”, - deputat deyib.

O əlavə edib ki, bu gün hazırkı informasiya cəmiyyətində media subyektləri yeni keyfiyyətlər qazanırlar:

“Ona görə də düşünürəm ki, bir müddət əvvəl Sosial Tədqiqatlar Mərkəzinin də bu islahatlar prosesinə cəlb olunması ən doğru addım idi. Nəticədə biz daha çevik və daha səmərəli fəaliyyət göstərən bir subyekt yarada biləcəyik və bu, subyekt informasiya münasibətlərini tənzimləyəcək, onun keyfiyyətini müəyyən edəcəkdir. Buna görə də hesab edirəm ki, belə bir addım atılması zəruridir, çünki yekunda eyni siyasətin daha səmərəli formada həyata keçirilməsinə gətirib çıxaracaqdır”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 16 İyun 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri