“Bu, Fransanın tutduğu xarici siyasət strategiyasının görünən tərəfidir”
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Türkiyənin son dövrlər Afrika ilə artan əlaqələri Fransanı, Qərbi, müəyyən mənada Çini narahat edir. Hətta deyərdim ki, Rusiyanı da narahat edir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov söyləyib.
S.Hümbətov deyib ki, Türkiyənin Afrika ölkələri ilə iqtisadi, siyasi, hərbi və təhlükəsizlik sahəsində ciddi əlaqələrinin olduğunu Fransa qəbul etmək istəmir: “Fransanın əsas niyyət və məqsədi Afrikanı nəzarətdə saxlamaqdır. Amma Türkiyə Afrika ilə bərabərhüquqlu əməkdaşlıq edir. Müəyyən mənada Rusiya da bərabərhüquqlu əməkdaşlıq edir. Fransa isə siyasətini müstəmləkə siyasəti üzərində formalaşdırır. Ona görə də hesab edirəm ki, indiki halda Fransanın Türkiyə ilə münasibətləri, əlbəttə, kəskin ola bilər. Fransa uydurma erməni soyqırımını qəbul etməklə Türkiyə ilə münasibətlərə də ciddi zərbə vurub. Yəni bu, əzəli düşmənçilik mövqeyi olub. Bu gün də Fransa bu mövqelərini davam etdirirlər. Düşünürəm ki, bu, təkcə Afrika məsələsi deyil. Ümumilikdə Fransanın tutduğu xarici siyasət strategiyasının görünən tərəfidir”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 03 Fevral 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















