Bu gənclərin ev sahibi olması üçün çox vacibdir Ekspert
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Gənclər üçün aşağı faizli və az ilkin ödənişli xüsusi ipoteka proqramları tətbiq edilməlidir. Bu gənclərin ev sahibi olması üçün çox vacibdir".
Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli deyib.
Onun sözlərinə görə, ipotekanın ilkin ödənişin bir hissəsini dövlət dəstəkləyərsə və ya uzunmüddətli, faizsiz borc şəklində verilərsə, gənclərin yükünü qismən azalmış olar. Bank risklərini azaltmaq üçün dövlət zəmanəti mexanizmi də effektiv vasitə ola bilər. Bundan başqa, ailə üzvləri ilə birgə ipoteka imkanlarının genişləndirilməsi gənclərin kredit alma şansını artırar. Kirayədə yaşayan gənclər üçün ödənilən məbləğin gələcək ipotekaya sayılması kimi modellərin də praktik həll yolu kimi istifadəsiz mümkündür. Bu evsiz gənclərin ev probemini həll etmiş olar:
“İpoteka probleminin həlli yalnız gənclərin deyil, bütövlükdə iqtisadi və sosial siyasətin məsuliyyətidir. Dövlət, banklar və əmək bazarı arasında uyğunlaşdırılmış yanaşma olmadan ipotekanın gənclər üçün həqiqətən əlçatan olması çətin görünür”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 17 Sentyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















