Icma.az
close
up
RU
Bu görüşdən istifadə etməliyik Almaniyadakı diaspordan AÇIQLAMA

Bu görüşdən istifadə etməliyik Almaniyadakı diaspordan AÇIQLAMA

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Almaniya Prezidenti  Frank-Valter Ştaynmayer ölkəmizdə səfərdədir. O, Şəhidlər xiyabanını ziyarət edib, Prezident İlham Əliyevlə görüşüb.

İlham Əliyev Almaniya şirkətlərinin bərpa olunan enerji sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. O, Ştaynmayerin səfərinin Azərbaycan-Almaniya əlaqələrini daha da möhkəmləndirəcəyinə əmin olduğunu vurğulayıb.

Almaniya Prezidenti isə Rusiya qazı ilə bağlı çətinliklər zamanı Azərbaycanın Avropaya verdiyi dəstəyə görə təşəkkür edib. O, Azərbaycanın sənaye və şərabçılıq sahələrində Almaniya ilə tarixi əməkdaşlığını xatırladıb və gənclərin Almaniyada təhsil almağa marağını müsbət dəyərləndirib.

Ekspertlər deyir ki, səfər bir çox aspektdən münasibətlərə müsbət təsir edəcək.

Modern.az-a açıqlamasında Almaniyanın Zaxhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyev bildirib ki, Almaniya Prezidentinin Azərbaycana səfərinin çox xeyirli və mahiyyətli olacağını düşünür:

"Bundan əvvəl Almaniya Prezidentinin Ermənistana səfər olmuşdu. Bu zaman edilən paylaşımda separatçıların bayrağının paylaşımda əks etdirilməsi kimi yanlış addımları izləyirdik.  Əlbəttə, bu görüşün bizə necəsə köməyi olacağını düşünürəm. O da görüşlərin necə keçməsindən asılı olacaq".

Y.Niftəliyev söyləyib ki, bu səfərdən güclü istifadə edilməlidir:

"Bu səfərin Azərbaycan diasporunun fəaliyyətinə,əlbəttə, müsbət təsiri olacaq. Səfərdən istifadə edib Almaniya Azərbaycanlıları Alyansı yerli məmurlarla, hətta onun özü ilə görüş təşkil edə bilər. Bəzi məsələləri müzakirə etmək, Azərbaycan haqda təəssüratlarını öyrənmək olar. Bundan çox güclü istifadə etməliyik. Amma yenə də deyirəm ki, bu, Almaniya Prezidentinin hansı mühitdə görüşlər keçirməsindən, qayıtdıqdan sonra hansı təəssüratda olacağından asılıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri