Icma.az
close
up
RU
Bu gün Arzu Bağırova üçün özəl gündür Yeni Gündəm

Bu gün Arzu Bağırova üçün özəl gündür Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.

Bu gün tanınmış ictimai xadim, iş adamı. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri, müxtəlif mövzularda maarifləndirmə ilə bağlı bir çox sosial tədbirlərin təşkilatçısı, layihə rəhbəri Arzu Bağırovanın doğum günüdür.

Bağırova Arzu Zakir qızı 11 dekabr 1980 tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilinə Sumqayıtda başlamış, Masallı rayonunun Bədəlan kəndində bitirmişdir. Taras Şevçenko adına Kiyev Milli Universitetində Hüquq ixtisası üzrə bakalavr təhsilini bitirdikdən sonra həmin universitetdə Dövlət İdarəçiliyi ixtisası üzrə magistr dərəcəsi almışdır.

Arzu Bağırova 2005-ci ildən özəl sektorda fəaliyyət göstərir. Hazırda Gözəl Yaşam Mərkəzinin təsisçisidir. Arzu Bağırova şəhid, qazi ailələrinə, o cümlədən fiziki imkanları məhdud şəxslər, tənha, yaşlı, aztəminatlı ailələrə göstərdiyi aktiv fəaliyyəti ilə tanınır. O, onlarla gənc yazarın ilk kitablarını nəşr etməsinə və onlarla gənc rəssamların ilk sərgilərini, yaradıcılıq gecələrinin təşkil olunmasına öz töhfəsini vermişdir. Regionlarda yaşayan onlarla qadının ilk sahibkarlıq fəaliyyətinə başlamasına dəstək olmuşdur. Məktəblilər arasında kitab mütaliəsini artırmaq üçün region kitabxanalarına minlərlə kitab hədiyyə etmişdir. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədridir.

2019-cu ildə RHİM sədri Azru Bağırovanın dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşlığı çərçivəsində görmə imkanları məhdud insanların yaradıcılığının dəstəklənməsi və cəmiyyətə tanıdılması, onların gələcək uğurlara stimullaşdırılması məqsədilə həmin şəxslərin şeirlərindən ibarət “Zülməti dələn işıq” şeirlər antologiyası, “Vətən, Bayraq, Millət” kimi kitablar və kitab-albomları çap olunub.

Azru Bağırova məktəblilərin maarifləndirilməsi üçün aktiv fəaliyyət göstərir. Həmin ildə müxtəlif məktəblərdə “Milli Dirçəliş Günü”, “Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu” kimi layihələrin keçirilməsinə dəstək olmuşdur. Onun təşəbbüsü ilə keçirilən “Evdə qal, kitab oxu” layihəsi çərçivəsində məktəblilərə minlərlə kitab bağışlanmışdır.

Azərbaycan Respublikasının Milli Məclisinin mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablardan “Tarixə adını yazan qadınlar” (3 cildlik), “Addım-addım Yaponiya”, “Səni Allaha eşq götürür” və digər kitabların çapını və təqdimatını Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri Arzu Bağırova həyata keçirmişdir.

Arzu Bağırova qadın hüquqlarının müdafiəsi üzrə aktiv fəaliyyəti ilə seçilir. Onun dəstəyi ilə “Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək” kimi layihər icra olunmuşdur.

Arzu Bağırovanın dəstəyi ilə təkrar nəşr olunan “Azərbaycan mətbəxində Dolmalar: 381 çeşid” kitabı Dünya Qurman Mükafatı Sərgisində ən yaxşı kulinariya kitabı adına layiq görülüb.

2021-ci ilin oktyabrında Abşeron rayonunda göstərdiyi fəaliyyətlərinə görə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən və Masallı rayonunda həyata keçirdiyi önəmli layihələrə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman ilə təltif edilib.

“Gündəm Media Group” ictimai xadim, xeyriyyəçi Arzu Bağırovanı doğum günü münasibətilə təbrik edir, ona uzun, sağlıqlı, bərəkətli ömür, fəaliyyətində uğurlar arzulayır!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 11 Dekabr 2024 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri