Icma.az
close
up
RU
Arzu Bağırova Qazaxıstan, Türkiyə və İraqdan olan aydınlarla görüşüb FOTOLAR Yeni Gündəm

Arzu Bağırova Qazaxıstan, Türkiyə və İraqdan olan aydınlarla görüşüb FOTOLAR Yeni Gündəm

Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova qardaş Qazaxıstan və Türkiyədən, eləcə də doğma Kərkükdən (İraq) olan bir qrup aydınla görüşüb. Könül süfrəsi ortamında keçirilən görüşdə həmçinin Azərbaycandan olan bir qrup tanınmış aydın, vətəndaş cəmiyyəti institutlarının başçıları iştirak edib.

“Yeni Gundem” xəbər verir ki, imzası Azərbaycanda, Türk dünyasında yaxşı tanınan aydınlar – Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü, Senatın Beynəlxalq münasibətlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin katibi, akademik Darhan Qydyráli (Qazaxıstan), Türkiyənin tanınmış araşdırmaçı-yazarı, təhlükəsizlik eksperti Abdullah Ağar və Kərkükün, ümumən İraq-Türkman ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Şemsettin Küzeci ilə görüş, Türk dünyasının yaxın keçmişi, bugünü və gələcəyi ilə bağlı maraqlı mükalimələr, sual-cavablarla süslənib.

RHİMİB-in fəaliyyətinə yaxından bələd olduqlarınl bildirən aydınlar, birliyin öz adına, mandatına uyğun, səmərəli çalışmalarını təqdir edib, RHİMİB timsalında Azərbaycanın bütün konstruktiv mövqeli vətəndaş cəmiyyəti instututlarına yeni uğurlar diləyiblər.

Sonra, “Yeni Müsavat” Media Qrupunun qurucu-baş redaktoru, Əməkdar jurnalist Rauf Abbasov Arifoglu , Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı , “Türküstan Qəzeti”nin qurucu-baş redaktoru Aqil Camal , “TURAN – Araşdırmalar Mərkəzi”nin başqanı, araşdırmaçı-yazar Cavid Ismayil , “Qafqaz TV”nin və “ÇÖLÇÜ- Milli Mədəni İrsin İnkişafı” İctimai Birliyinin başqanı Eltən Törəçi , Dünya Gənc Turk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar , iş adamları Ferhat Cegil və Nizami İbrahimov öz ürək sözlərini bölüşüb.

Türk dünyası aydınları və konstruktiv mövqeli vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrə, səmərəli işbirliyinə önəm verən RHİMİB-in bu görüşü COP29-dan sonra və Yeni təqvim ili ərəfəsində keçirilməsi ilə də xüsusi məna daşıyır. “Yaşıl dünya naminə həmrəylik İli” və Şuşanın İslam dünyasının Mədəniyyət paytaxtı statusu daşıdığı ildə həm hesabatlılıq, həm də gələcəkyönümlü fikir alış-verişi hər kəsi məmnun edir. – Bu yöndə danışan RHİMİB sədri Arzu Bağırova, ictimai-mədəni, elmi və maarifləndirici əməkdaşlıq sahəsində xidmətlərinə görə akademik Darxan Kıdırali (Qazaxıstan), araşdırmaçı-yazarlar Abdullah Ağar (Türkiyə) və Şəmsəddin Kuzəçini (Kərkük) RHİMİB-in özəl hazırlanmış plaketləri ilə təltif edib, onlara yeni uğurlar arzulayıb.

Akademik Darxan Kıdırali öz yeni kitabını Arzu Bağırova üçün imzalayıb.
Həmçinin İntiqam Yaşar Darxan Kıdıraliyə “DGTYB -25” yubiley medalını, Şəmsəddin Kuzəçi isə Aqil Camala Kərkük Kültür Vəqfinin “Fəxri Fərman”ını təqdim edib.

Görüşdə RHİMİB-in sədr müavini Nilufer Letif və koordinator Gülər Kazımova da iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 08 Dekabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri