Icma.az
close
up
RU
Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır

Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Zaqatala, 10 may, AZƏRTAC

Milli şüurun oyanışı, müstəqil dövlətimizin ən yeni tarixi məhz XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycan tarixində silinməz iz qoymuş dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin zəngin siyasi fəaliyyəti ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. Zaman keçdikcə dahi rəhbər, fenomen şəxsiyyət Heydər Əliyevin böyüklüyünü, Azərbaycanın intibahı, xalqımızın xoş gələcəyi üçün əvəzsiz xidmətlərini, zəhmətini daha çox hiss edirik. İllər, qərinələr, əsrlər keçəcək, Ümummilli Liderin bizlərə qoyduğu müqəddəs miras, zəngin irs müstəqil dövlətimizin, xalqımızın haqq yoluna daim nur saçacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə mayın 10-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin adını daşıyan istirahət parkında dahi rəhbərin abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir iştirakçıları parkda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgisinə baxıblar.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dahi rəhbərə həsr olunan film nümayiş olunub.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Mübariz Əhmədzadənin “Əzəmətli və unudulmaz lider Heydər Əliyev” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, liderlik bacarığı və xalqına bağlılığı müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edib. Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır. Fəaliyyətinin amalı, qayəsi doğma Azərbaycanın parlaq gələcəyi olan Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci mərhələsində sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək, ictimai şüurlardakı qorxunu aradan qaldıraraq müasir tariximizin ən şanlı və parlaq salnaməsini yazıb.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub, uğurlu dövlət quruculuğu prosesinin əsası qoyulub.

Tədbirdə Milli Məclisin deputatı Asif Əsgərov, YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, rayon Məhkəməsinin hakimi Zərifə Məmmədova, rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri İbrahim İbrahimov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən bəhs ediblər. Çıxışlarda müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyevin xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət olaraq yaddaşlara əbədi həkk olunduğu xüsusi vurğulanıb.

Çıxışlardan sonra YAP sıralarına yeni daxil olan üzvlərə vəsiqələr təqdim edilib.

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə həmin gün Heydər Əliyev adına istirahət parkında konsert proqramı təşkil olunub.

Müxbir – Mustafa Dadaşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2026 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri