Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək.
BAKU.WS xəbər verir ki, Bakı İdman Sarayında reallaşacaq beynəlxalq yarışda dünyanın 30-a yaxın ölkəsindən müxtəlif yaş qruplarını təmsil edən idmançılar medallar uğrunda mübarizə aparacaqlar.
Yarışlar ənənəvi yapon sumosunun ruhunu yaşadan, xüsusi hazırlanmış torpaq "dohyo" meydanında keçiriləcək.
Oktyabrın 17-də 18 yaşadək qızlar və oğlanlar arasında fərdi və komanda yarışları, oktyabrın 18-də isə kişilər və qadınlar arasında fərdi və komanda yarışları təşkil olunacaq..
Turnirdə ənənəvi peşəkar yapon sumosu deyil, beynəlxalq həvəskar sumo qaydaları əsas götürüləcək. Bu sistemdə rəqiblər çəki dərəcələrinə uyğun qarşılaşır, qadın idmançılar üçün də ayrıca yarışlar keçirilir.
Qeyd edək ki, Azərbaycanın sumo üzrə beynəlxalq arenada iştirakı 2007-ci ildən başlayır. Bakıdakı mundial oktaybrın 17-dən 18-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 17 Oktyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















