Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Bu gün baş redaktorumuz və təsisçimiz Emin Axundovun 53 yaşı tamam olur

Bu gün baş redaktorumuz və təsisçimiz Emin Axundovun 53 yaşı tamam olur

Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün baş redaktorumuz və təsisçimiz Emin Axundovun 53 yaşı tamam olur

Noyabr ayının 14-də Azərbaycan mətbuatının inkişafında özünəməxsus bir rol oynayan, qələmi ilə mənsub olduğu millətinə sədaqətlə xidmət edən, “Mətbuat” firmasının təsis etdiyi “Gün”, “Super Sport”, “Min Bir Kriminal”, “Super Krossvord”, “Kriminal Xronika”, “Qəzet.az”, “Oxu məni” qəzetlərində, "Oxuməni.az" və “Mediainfo.az xəbər saytlarında baş redaktor vəzifəsində çalışan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış jurnalist Emin Axundovun 53 yaşı tamam olur. Obrazlı şəkildə desək 53 yaşın işığında həyatının ikinci gənclik dövrünü yaşayan Emin müəllimin böyük maarifpərvər ziyalı Həsənbəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan mətbuatına gəlişi də şirin bir həyat nağılını xatırladır. Bu yol öncə Bakıdakı 31 saylı məktəbin sinif otaqlarından, tələbə kimi ATU-dan, sonra isə “Azneftmaştikinti”, DİN-nin tikinti İdarəsindən keçdi və çalışdığı hər yerdə yüksək təşkilatçılıq bacarığı, dərin biliyə malik olması ilə daim diqqəti cəlb etdi. Azərbaycan mətbuatının yeni bir yüksəliş dövrünə qədəm qoyduğu ötən əsrin 90-cı illərində bu sahə Emin Axundovu maqnit kimi özünə cəlb etməyə başlamışdı. Əslində onda hələ məktəb illərində jurnalistikaya böyük həvəs vardı və bununla bağlı məktəbdə təşkil edilən ədəbi-bədii tədbirlərdə fəal iştirak edir və geniş erudusiyaya, bədii yaradıcılığa həvəsi ilə hamının diqqətini özünə cəlb edirdi.
Lakin böyük mətbuata gəlişindən öncə o qələmini süngü ilə əvəz edərək könüllü olaraq erməni işğalçıları ilə döyüşmək üçün müharibəyə getdi. Həmin dövrdə Emin Axundov həm də “Hünər” qəzetinin əməkdaşı kimi döyüş bölgələrindən reportajlar hazırlayaraq cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları barədə respublika əhalisini yaxından tanış edirdi. Emin Axundov o dövrdə həm qələmi, həm də süngüsü ilə düşmənlə döyüşlərdə özünü cəsarətli döyüşçü kimi göstərərək böyük rəğbət qazandı. Sonralar cəbhədə gedən döyüşlərdə qəhrəmancasına iştirak etdiyinə görə Emin Axundov müharibə veteranı fəxri adına layiq görüldü.
Cəbhədən qayıdandan sonra isə yenidən həyatını mətbuatımızın inkişafına həsr etdi. Bu dəfə istedadlı qələm sahibinin növbəti iş yeri “Aktual qəzeti oldu. 1994-cü il may ayının 3-də “Aktual” qəzetində jurnalist kimi işə başlayan Emin Axundov qısa müddətdə istedadı, bir-birindən maraqlı məqalələri ilə oxucuların və redaksiya kollektivinin rəğbətini qazandı. Bununla da istedadlı jurnalist Emin Axundovun mətbuatın zirvəsinə yürüşü başladı. Qısa müddətdə yenidən mətbuat aləmində istedadlı jurnalist kimi özünü təsdiq edən Emin Axundovun təkilatçılıq bacarığı yenidən köməyinə gəldi. 1995-ci ildə Emin Axundov “Ləman” yayım firmasını təsis edərək respublikamızda ilk dəfə qəzet və jurnalların əllə və köşklər vasitəsi ilə yayımını təşkil etdi. Həmin dövrdə “Ləman” yayım firmasının Bakının bir çox yerlərində yayım köşkləri vardı. “Ləman” yayım firması həm də respublikamızda bir ilkə imza ataraq Rusiya və digər ölkələrin qəzet və jurnallarının respublikamıza gətirilərək satışını təşkil etdi. Emin Axundovun mətbuatımızın inkişafına verdiyi digər töhfə isə yenə də respublikamızda ilk dəfə 1996-cı ildə “Super Krossvord” əyləncə qəzetinin nəşrinə nail olması oldu. Bu qəzet də qısa müddətdə respublikamızda ən çox oxunan maraqlı qəzetlərdən birinə çevrildi. 1997-ci il may ayının 21-də “Ləman” yayım firması “Mətbuat” yayım firması adı altında fəaliyyət göstərməyə başladı. Mətbuatımızın daha çevik fəaliyyət göstərməsinə, qəzetlərin vaxtında və operativ çapına nail olmaq və bu sahədəki boşluqları aradan qaldırmaq məqsədi ilə Emin Axundov respublikamızda ilk dəfə şəxsi mətbəə qurdu. “Mətbuat” firmasının “Çap evi” adı altında fəaliyyət göstərən şəxsi mətbəədə hər gün çoxlu sayda qəzet çap edilirdi. Yenə də Emin Axundovun rəhbərliyi və təşəbbüsü ilə mətbəədə respublikamızda ilk dəfə rəngli qəzet çapına başlanıldı. Həmin dövrdə mətbəədə müstəqil qəzetlərlə yanaşı bir çox dövlət qəzetləri, o cümlədən “Polis”, “Metro”, “Hünər” və digərləri də çap edilirdi.
Mətbuatda fəaliyyətə başladığı 3 ildən sonra 1997-ci il iyul ayının 1-də onun istedadı, jurnalistika sahəsində əsl peşəkarlığı, eyni zamanda təşkilatçılıq bacarığı yenidən köməyinə gəldi. Bu dəfə Emin Axundovun təşəbbüsü və baş redaktorluğu altında “Mətbuat” firması tərəfindən “Gün”, “Super Sport”, “Min Bir Kriminal”, “Kriminal Xronika”, “Qəzet.az”, “Oxu məni” qəzetləri nəşr edilməyə başladı. Emin Axundovun təsisçisi və baş redaktoru olduğu adları çəkilən qəzetlər həqiqətən də ötən əsrin 90-cı illərinin ən çox oxunan qəzetləri idilər. Təbii ki, bütün bunlarda da Emin Axundovun böyük əməyi vardı.
Baş redaktor kimi fəaliyyətini davam etdirməklə yanaşı Emin Axundov 1997-ci ildən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasına üzv qəbul edildi və həmin ildə də təşkilatın vitse-prezidenti seçildi. 1997-ci ildən Dünya İdman Jurnalistləri Assosiasiyasının üzvü oldu. Jurnalistika sahəsində təcrübəsini daha da artırmaq məqsədi ilə Emin Axundov 1999-cu ildə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-ın Mətbuata Texniki dəstək fondunun keçirdiyi jurnalist, 2008-ci ildə Yunanıstan Respublikasında keçirilən beynəlxalq jurnalistika kursunu bitirdi. Jurnalist kimi onun ən yüksək üstünlüklərindən biri rus, türk, inglis və isveç dillərini dərindən bilməsidir.
1998-ci ildə Emin Axundov tərəfindən işıq üzü görməyə başlayan “Oxu məni” qəzeti qısa müddətdə on minlərlə oxucunun sevimli qəzetinə çevrildi. Hazırda “Oxu məni” qəzetinin, “Oxuməni.az”, “Mediainfo.az” və “Azərbaycanpolisi.az” saytının baş redaktoru kimi fəaliyyətini davam etdirən Emin Axundovu digərlərindən fərqləndirən ən mühüm amil onun istər jurnalist, istərsə də baş redaktor kimi həmişə sadə, təvözökar olması, heç vaxt əməkdaşlarına münasibətdə haqqı nahaqqa qurban verməməsidır. Baş redaktor kimi o həmişə tabeliyində olan əməkdaşlara münasibətdə yüksək insani keyfiyyətlər nümayış etdirib, özünü heç vaxt onlardan üstün tutmayıb. Bütün bunlar da Emin Axundova nəinki rəhbərlik etdiyi kollektiv, həm də çoxsaylı jurnalist ordusu arasında böyük şöhrət gətirib. Bu gün də Emin Axundov böyük mütəfəkkir alim Həsənbəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımızın daha da inkişaf etdirilməsinə öz töhfəsini verməkdə davam edir. Emin Axundov həm də xoşbəxt ailə sahibi, üç övlad atası və qeyd etdiyimiz kimi həm də Qarabağ müharibəsi veteranıdır. Bu əziz gündə, insan ömrünün müdriklik dövrü hesab edilən 53 yaşında Emin müəllimə bütün sahələrdə, o cümlədən şəxsi həyatında daha böyük uğurlar arzu edirik. Qələminiz həmişə iti olsun, səsiniz daha uca zirvələrdən gəlsin Emin müəllim!
“Oxu məni” qəzeti, “Oxuməni.az”, “Mediainfo.az” və “Azərbaycanpolisi.az” saytı əməkdaşları adından Murad Şahməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 15 Noyabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri