Icma.az
close
up
RU
Bu gün Beynəlxalq Kişilər Günüdür

Bu gün Beynəlxalq Kişilər Günüdür

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Hər il 19 noyabr tarixində dünyada Beynəlxalq Kişilər Günü (International Men’s Day, IMD) qeyd olunur. Bu günün məqsədi kişilərin ailədə və cəmiyyətdəki müsbət rolunu vurğulamaqdır.

Tribunainfo.az xəbər verir ki, bu bayram ilk dəfə 1999-cu ildə Karib dənizinin cənubunda yerləşən Trinidat və Tobaqo Respublikasında – iki böyük adadan ibarət dövlət tərəfindən qeyd olunub. Sonradan bu təşəbbüs Karib hövzəsi ölkələri, Avstraliya, Şimali Amerika, Asiya, Avropa və Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənib. Hazırda bu gün 60-dan çox ölkədə qeyd edilir.

Bənzər bir bayramın keçirilməsi ideyası hələ 1960-cı illərdə səsləndirilirdi. O zaman Beynəlxalq Qadın Gününə oxşar şəkildə, 23 fevralın Beynəlxalq Kişilər Günü kimi qeyd olunması təklif edilirdi. Lakin təxminən 30 il ərzində bu ideya yalnız təklif səviyyəsində qaldı. Yalnız 1990-cı illərin əvvəllərində Missuri–Kanzas Universitetinin kişi araşdırmaları mərkəzinə rəhbərlik edən professor Tomas Oasterin təşəbbüsü ilə ABŞ-da fevral ayında kiçik tədbirlər təşkil olundu.

Bu günün hazırkı tarixinin əsas təşəbbüskarı Qərbi Hindistan Universitetinin nümayəndəsi doktor Cerom Tiluksinq olub. O, atasının doğum günü olan 19 noyabr tarixini seçməyi təklif edib və atasını nümunəvi kişi obrazı kimi göstərib.

Bayramın məqsədi kişilərin ailə və cəmiyyətdəki rolunun əhəmiyyətini vurğulamaqla yanaşı, oğlan uşaqlarının və kişilərin sağlamlığına diqqəti artırmaqdır. Təşkilatçılar həmçinin kişilərin sosial, emosional, fiziki və mənəvi rifahına, eləcə də qadınlarla kişilər arasında münasibətlərin yaxşılaşdırılmasına xüsusi önəm verirlər. Bu gün həm də kişilərin cəmiyyətə, dövlətə, ailəyə, uşaqların tərbiyəsinə və ətraf mühitə verdiyi müsbət töhfələri qeyd etmək üçün bir imkandır.

Aparılan müxtəlif araşdırmalara görə, kişilər sağlamlıq baxımından kifayət qədər ciddi problemlərlə üzləşirlər. Belə ki:

kişilər orta hesabla qadınlardan dörd–beş il tez dünyasını dəyişirlər;

ağciyər xərçəngi və ürək xəstəliklərinə demək olar iki dəfə çox tutulurlar;

kişilər arasında intihar halları qadınlarla müqayisədə üç dəfə yüksəkdir;

hər üç kişidən biri məişət zorakılığının qurbanı olur.

Bütün bu göstəricilər bu günün əhəmiyyətini bir daha göstərir.

Bayramın təsisçilərinin fikrincə, bu tarix kişilərə oğlan uşaqlarını dəyərlərə, məsuliyyətə, xarakterə və kişi olmağın mahiyyətinə yönəltmək çağırışıdır. Məhəmməd Qandinin məşhur sözləri bu günün fəlsəfəsi kimi göstərilir:
“Biz dünyada görmək istədiyimiz dəyişikliklərin özümüz olmalıyıq.”
Yalnız bütün cəmiyyət – həm qadınlar, həm də kişilər – birgə nümunə göstərdikdə daha ədalətli və təhlükəsiz bir mühit yaratmaq mümkündür.

Bu gündə dünyanın müxtəlif ölkələrində seminarlar, məktəb tədbirləri, televiziya və radio proqramları, foto və kino müsabiqələri, fləşmoblar, dəyirmi masalar, konsertlər və kişilərin sosial roluna həsr olunmuş müxtəlif incəsənət layihələri təşkil olunur. Tədbirlərin keçirilmə qaydası məcburi deyil və hər bir ölkə özünə uyğun format seçə bilər.

Hər il ümumi bir mövzu təklif olunsa da (“Kişi sağlamlığı”, “İzləşdirilmə və bağışlama”, “Kişilər və oğlanlar üçün dəstək”, “Müsbət kişi rolu”, “Kişi intiharlarının qarşısının alınması”, “Kişi–qadın münasibətlərinin yaxşılaşdırılması” və s.), şəhərlər və dövlətlər öz prioritetlərinə uyğun fərqli mövzular müəyyən edə bilirlər.

İmran Kərimli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 Noyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri