Icma.az
close
up
RU
Bu gün bizə həm də 3 tarixi faktı xatırladır

Bu gün bizə həm də 3 tarixi faktı xatırladır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir neçə il fərqlə qeydə alınan qərarlarn noyabrın 17-nə düşməsi, sadəcə, təsadüf idi

Son üç-dörd onillikdə keçdiyimiz tarixi yol, yaşadığımız ağlı-qaralı günlər, ağır məhrumiyyətlərdən xilas olmaq üçün apardığımız mübarizələr, millət kimi şahidi olduğumuz qanlı və şanlı olaylar bizə daha bir neçə əlamətdar gün və bayram bəxş edib. Aşağıda bu bərədə söz açacağıq. Onu da yada salacağıq ki, həmin əlamətdar günlərin üçü məhz noyabrın 17-nə təsadüf edir.

“Azərbaycan Respublikasının bayramları” adlı rəsmi məlumatda doqquzuncu sırada dayanan Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü noyabrın 9-da qeyd edilsə də, Prezident sərəncamı ilə noyabrın 17-də rəsmiləşdirilib. Həmin sırada 11-ci yerdə olan Milli Dirçəliş Günümüz də noyabrın 17-də qeyd olunur. Bundan başqa, milli dövlətçiliyimizin dirçəliş prosesinin hüquqi əsaslarının yaradılmasına məhz 17 noyabr 1990-cı ildə Ulu öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanmışdır. O dövrdə Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqillik tariximizdə mühüm mərhələ təşkil edir. Yəni noyabrın 17-si bizim üçün bir neçə cəhətdən əlamətdardır.

Bəzi detallara diqqət yetirək. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikası Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Xatırladaq ki, Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Respublikası hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb.

Biz noyabrın 17-ni həm də Milli Dirçəliş Günü kimi bayram edirik. Doğrudur, Milli Dirçəliş mübarizəmiz 1988-ci ildən başlayib. Ancaq Azərbaycan rəhbərliyi həmin tarixi 1992-ci ildə rəsmi olaraq bayram kimi elan edib.

Hamının yadındadır, SSRİ rəhbərliyinin apardığı bağışlanılmaz siyasi səhvləri (sonradan həmin səhvlər 20 Yanvar soyqırımı kimi siyasi-hərbi əməliyyatlar səviyyəsinə “qaldırılmışdı”), xüsusən, iki əsr əvvəl Çar Rusiyasına, sonra isə sovet dövlətinə işğal, ilhaq nəticəsində zorən birləşdirilmiş ölkələrin əhalisi arasında milli ayrı-seçkilik siyasəti bütün xalqların səbir kasasını daşırırdı. Azərbaycan isə təkcə milli ayrı-seçkilik faktları ilə deyil, həm də ölkə ərazisinin qanunsuz olaraq başqa xalqa verilməsi kimi ədalətsizliklə üz-üzə idi. Kreml rəhbərləri, sözün həqiqi mənasında, Azərbaycan başda olmaqla, bütün türk xalqları və dövlətləri üçün monstra çevrilmişdi.

Bu etirazların kökü dərində olsa da, (Heydər Əliyev ölkəmizə birinci dəfə rəhbərlik edəndə ermənilər Kremldəki himayədarlarının köməyi ilə Azərbaycan ərazilərinin xeyli hissəsinə sahiblik etməyə çalışmış, lakin Heydər Əliyevin qətiyyəti qarşısında geri çəkilməli olmuşdular) əsas həyasızlıqlar ötən əsrin səksəninci illərinin sonuna yaxın baş verirdi. Ona görə də 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli etiraz mitinqləri keçirilmişdi. Noyabrın 17-dən dekabrın 5-dək davam edən etiraz aksiyaları ölkənin, demək olar ki, bütün ərazilərində möhtəşəm əks-səda vermişdi.

Xalqın azadlıqsevər insanlarının və aydın düşünə bilən ziyalılarının rəhbərliyi ilə reallaşdırılan 17 noyabr mitinqinin tələbləri o zamankı siyasi ab-hava fonunda olduqca cəsarətli idi. Bildirilirdi ki, Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Tələb edilirdi ki, televiziya birbaşa canlı yayımla sübut etsin ki, Topxanada nə işlər görülür (xatırladaq ki, Şuşa yaxınlığındakı Topxana meşəsinin bugünkü reallıqları bütün türk dünyasının qürur mənbəyinə çevrilib).

Etirazçılar, eyni zamanda, tələb edirdilər ki, Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir (həmin muxtar vilayətin partiya və sovet orqanlarının əyləşdiyi, sonradan separatçı rejimə verilmiş bütün bina və obyeklər bu gün qurub–yaradan Azərbaycan xalqının ixtiyarındadır). Yəni xalqımızın 37 il bundan əvvəl – 1988-ci il noyabrın 17-də tələb etdiyi kimi, orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilib.

Xatırlatdığımız kimi, 17 noyabr mitinqində olduqca ciddi tələblər irəli sürülürdü. Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antia–Azərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiqi Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə etirazçılar tələbləri yerinə yetirilməyincə, meydanı tərk etməyəcəklərini bildirirdilər.

Ancaq həmin tələblər arasında bir ifadə var idi ki, o zaman həmin sözü dilə gətirmək olduqca çətin idi. Mitinq iştirakçıları Azərbaycan üçün Suverenlik tələb edirdilər. Azərbaycan Prezidenti İlham Əliyev və Mill Ordumuz bütöv bir xalqın dəstəyi ilə işğal altında olan Qarabağda və ətraf ərazilərdə suverenliyimizi 2023-cü ilin sentyabrında tam bərpa etdi. Biz həm də suverenliyimizin əbədi olmasını təmin etdik.

Sonralar Qərbin SSRİ-dən zəhləsi gedən müxtəlif mətbuat vasitələrində Azərbaycan xalqının 17 noyabr 1988-ci il mitinqi və həmin siyasi aksiyanın ardınca baş verən proseslər yüksək səviyyədə təqdir olunurdu. O zaman oxumuşduq ki, “Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında bizim haqqımızda “Standing up for freedom People of the Year” sözləri yazılmışdı. Mətbu nəşrin həmin nömrəsini görən həmkarlarımız yazırdılar ki, jurnalın üz qabığında doğrudan da Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılıb. Amma jurnalın içində Azərbaycanın “İlin xalqı” elan olunması və ya ümumiyyətlə, Azərbaycan haqqında heç bir şey yazılmayıb.

Qərəz, bir zamanlar oxuduğum “Azadlığı heç kəsə vermirlər. Azadlığa onu sevənlər mübarizə yolu ilə nail olurlar!” – deyən ifadəsinin aqil müəllifi kim olubsa, unutmuşam. Ancaq bizi azadlığa qovuşduran mərd mübarizlərimizi, canını əsirgəməyən fədailərimizi, Vətən üçün qurban getməyə hazır olan siyasətçi, ziyalı, hərbçi və sadə azərbaycanıları heç zaman unutmayacağıq və unuda bilmərik.

Milli Dirçəliş Günün mübarək, Azərbaycan!

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri