Icma.az
close
up
RU
“Bu gün dünyada ən populyar rəqəmsal kriptovalyuta bitkoin dir” EKSPERT AÇIQLADI

“Bu gün dünyada ən populyar rəqəmsal kriptovalyuta bitkoin dir” EKSPERT AÇIQLADI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hazırda “kriptovalyuta və blokçeyn” texnologiyalarının təbliğat dönəmidir. Bütün informasiya məkanlarında kriptovalyuta və blokçeyn texnologiyalarının üstün cəhətləri nümayiş etdirilir. Hamı üstün cəhətdən danışır, amma bunun mənfi cəhətləri də var. Hesab edirəm ki, blokçeyn texnologiyasının elə zəif cəhətləri var ki, onları nəzərə almamaq mümkün deyil. Mən gələcəkdə kriptovalyuta və blokçeyn texnologiyasının indiki təbliğ olunduğu formada heç bir banka, dövlətə bağlı olmayan elektron ödəniş sisteminin inkişaf perspektivini görmürəm. Niyə görmürəm? Çünki bu ödəniş sistemləri internetə bağlı texnologiyadır. Bu kriptovalyuta hasilatçıları öz hesablarını bağlayaraq, sistemdən çıxdılar. Bu valyutanın taleyi də bununla bitdi. Bu bitdikdən sonra, vətəndaşlarda qalan kriptovalyutaların taleyi necə olacaq? Onlar hansı dövlətə, banka müraciət edəcəklər? Hal-hazırda hüquqi baxımdan bu məsələ həllini tapmayıb. Ona görə də hesab edirəm ki, gələcəkdə kriptovalyuta və blokçeyn texnologiyalarının mərkəzi və yaxud kommersiya banklarına bağlı variantları ortaya çıxacaq. Yalnız bu variantlar perspektivə malik olacaqlar. Çünki hansısa bir hüquqi subyekt olmalıdır ki, bu valyutanı işlədən şəxs həmin subyekti fiziki olaraq tanısın”. Bu sözləri iqtisadçı ekspert Akif Nəsirli SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, kriptovalyuta fiziki olaraq heç kimin əlində olmur: “Bu yalnız virtual vəsaitdir. Bu əməliyyatları heç kim görmür. Bu əməliyyatlara bütövlükdə yalnız kriptovalyutanın idarəçiləri nəzarət edə bilir. İstənilən anda həmin prosesləri, müxtəlif vasitələrlə öz xeyirlərinə işlədə bilərlər. Hesab edirəm ki, indiki mərhələdə kriptovalyutaların itmələri yoxdur, amma bu mümkündür. Bunu ona görə etmirlər ki, hal-hazırda kriptovalyuta təbliğ edilib, genişləndirmə mərhələsindədir. Onlar daha çox maliyyə seqmentini əhatə etmək istəyirlər.

Təxminən yüz trilyon maliyyə seqmentini əhatə etdikdən sonra, kriptovalyuta hasilatçısı bütün hasilatı dayandırır, sistemi internetdən silib, çıxıb gedir. Bu indi olmayıbsa, nə vaxtsa olacaq. İndi kiçik məbləğlərlə Orta Asiyada, Avropada, Amerikada reallaşıb. Amma böyük məbləğlər ardınca gedən kriptovalyuta hasilatçıları bunu inkişaf elətdirirlər. Bu gün dünyada ən populyar rəqəmsal kriptovalyuta “bitcoin”dir. Hesab edirəm ki, ən böyük möhtəkirlik bitcoin olacaq. Bu təhlükəni sığortalamaq üçün, hər bir ölkənin vaxtında mərkəzi bankında kriptovalyuta istehsalı prosesi gedir. Milli valyutanın elektron pul variantı ilə Azərbaycan hökuməti də məşğuldur. Hesab edirəm ki, kriptovalyutaların azad variantı yox, mərkəzi banklara bağlı variantları inkişaf etdirilməsi daha səmərəlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri