Icma.az
close
up
RU
Toylarımız kreativ bir biznes sənayesinə çevrilib ŞƏRH EDİLDİ

Toylarımız kreativ bir biznes sənayesinə çevrilib ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Düşünürəm ki, bu, ictimai psixologiyamızda və düşüncəmizdə mövcud olan depressiv və mənəvi amillərlə bağlıdır. Bilirsiniz ki, Azərbaycan insanı uzun illər boyu müxtəlif imperiyaların işğalı altında yaşamağa məcbur olub. Nəticədə cəmiyyətin şüurunda bir növ çatışmazlıq sindromu formalaşıb”. Bu fikirləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, təəssüf ki, bu barədə ölkəmizdə az danışılır, halbuki xarici ölkələrdə kulturoloqlar, filosoflar və tədqiqatçılar bu sahədə çoxlu araşdırmalar aparıblar. Bizim tarix elmi isə daha çox müsbət məqamları qabartmağa üstünlük verir və buna görə də bəzi ictimai problemlərin araşdırılmasına kifayət qədər diqqət ayrılmır: "İndinin özündə də bizdə populyar tarix və etnoqrafik araşdırmalar ön plandadır. Təəssüf ki, elmi əsərləri təsdiq edən qurumlar və nəşriyyatlar da bu istiqamətə lazımi maraq göstərmirlər. Eyni zamanda, bu sahədə rəy və ön söz yazan tədqiqatçılar da bu mövzuya toxunmaqdan çəkinirlər. Toy və yas mərasimlərinin təmtəraqlı keçirilməsi məhz bu ictimai və mənəvi boşluqlardan qaynaqlanır: “Biz bəzən başqalarına baxıb yaxşı nümunələr götürmək əvəzinə, mənasız adətləri təkrarlayırıq. Çalışırıq ki, toylarımızı kralların övladlarının toyları kimi edək. İmkan olsa, 40 gün, 40 gecə davam etdirərik. Yas mərasimlərində də eyni vəziyyətdir. Tanınmış tarixi şəxsiyyətlərin vəfatı zamanı uzunmüddətli yas anlaşılandır, çünki bu, dövlət və xalqın kədərini ifadə edir. Amma kasıb və orta təbəqənin 40 gün, hətta 1 il yas saxlaması, kredit götürüb ehsan verməsi nə iqtisadi, nə də məntiqi baxımdan doğru deyil. Bəzən insanlar diri olanda etmədikləri ehtiramı, sanki öləndən sonra göstərməyə çalışırlar”.

O, əlavə edib ki, toy mərasimlərinə xərclənən pullarla yeni evlənən cütlüklərə mənzil almaq, ya da ipoteka üçün ilkin vəsait təmin etmək mümkündür: “Amma indi toylarımız kreativ bir biznes sənayesinə çevrilib. Geyim, zinət əşyaları, süfrə bəzəyi, musiqiçilər, aparıcılar, fotoqraflar, jurnalistlər – bütün bunlar birlikdə böyük bir israfçılıq sahəsi yaradıb. Nəticədə, kredit götürüb bu mərasimləri keçirən insanlar cəmiyyətin iqtisadi yükünü artırır. Toyda da, yasda da əsas məqsəd başqalarına özünü göstərmək, "əlin oğlundan geri qalmamaq" olur”.

Aydın Xan Əbilov vurğulayıb ki, bu hal cəmiyyətin ictimai şüuruna mənfi təsir göstərir. Onun sözlərinə görə, artıq yeni nəsil nümayəndələri bu israfçılıqdan uzaq durmağa çalışır və daha sadə mərasimlərə üstünlük verir: “Cəmiyyətdə də israfçılığa qarşı müəyyən təşəbbüslər irəli sürülür. Amma əsas məqsəd toy və yasların gözəl ənənələrini qorumaqla, onları iqtisadi və məntiqli çərçivədə keçirmək olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri