Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır

Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Bu gün mülki aviasiya işçilərinin peşə bayramı günüdür.

Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Məhz 1938-ci il iyunun 2-də Azərbaycanda mülki aviasiyanın təməlini qoymuş ilk aviasiya qrupunun yaradıldığı gündür.

Azərbaycan mülki aviasiyasının tarixini bir neçə mərhələyə bölmək olar.

İlk mərhələdə Bakıdan Moskva, Xarkov, Tbilisi, Həştərxan şəhərlərinə hava xətləri açılıb, sərnişinlərin və poçtun təyyarə ilə daşınmasının təməli qoyulub.

Böyük Vətən müharibəsi dövründə bir çox sahələr kimi, mülki aviasiya sahəsi də "Hər şey cəbhə üçün!" şüarı ilə fəaliyyət göstərib. Müharibədən sonrakı illərdə mülki aviasiya yeni mərhələyə qədəm qoyub. Belə ki, "İL-14", "İL-18" sərnişin təyyarələri, xüsusi təyinatlı aviasiya üçün "An-2" təyyarələri, "Mi-1" və "Mi-4" vertolyotları istismara daxil olub. Bu dövr 1970-ci illərə qədər davam edib.

1970-1980-ci illər ölkədaxili hava xətlərinin inkişaf mərhələsi olub. Məhz bu dövrdə Gəncə, Yevlax, Naftalan, Naxçıvan, Zaqatala, Lənkəran, Ağdam, Ağstafa və Şəki şəhərlərində aeroportlar tikilib, paytaxt Bakı ilə bu şəhərlər arasında hava əlaqəsi yaradılıb.

XX əsrin 90-cı illərinin əvvəllərində milli müstəqilliyini bərpa etmiş Azərbaycanın mülki aviasiyasında, onun inkişafında yaranmış boşluq ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb.

Ulu Öndərin imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar aviasiya tarixində yeni mərhələ açıb, onun yeni sürətli inkişaf dövrü başlanıb. Mülki aviasiyaya böyük investisiyalar qoyulub və bunun nəticəsində müasir tələblərə cavab verən yeni təyyarələr, texniki avadanlıq alınaraq respublikaya gətirilib.

Avropa ilə Asiya arasında hava nəqliyyatında mühüm məntəqələrdən olan Bakıda müasir beynəlxalq aerovağzal kompleksi də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və fövqəladə səyləri nəticəsində 1999-cu ildə öz qapılarını dünyaya açıb. Bir il sonra isə Bakı hava limanına ilk "Boeing" təyyarəsi enib. 2004-cü ildə bu hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu adı ilə aviasiya tariximizə düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ən yaxşı aeroport elan edilib, aeroport sənayesi üçün ən nüfuzlu hesab olunan "Skytrax World Airport" mükafatlarına layiq görülüb.

"Skytrax" konsaltinq şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunu ən yüksək "5 ulduz"la təltif edib. Dünyada belə aeroportların sayı təqribən 10-na yaxındır. Onlardan biri də Heydər Əliyev Aeroportudur. Aeroport inqilabi müasirləşdirilmə nəticəsində postsovet məkanında və Şərqi Avropa ölkələrində bir nömrəli aeroport hesab olunur.

Peşəkar milli kadrlara olan tələbat nəzərə alınaraq, 1992-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyası yaradılıb, yerli kadrların yetişməsində onun əvəzsiz rolu var.

Mülki aviasiyanın yenidən qurulması layihələri üzrə Naxçıvan beynəlxalq hava limanı, Zabrat hava limanında yeni aerovağzal binası, Qəbələ, Lənkəran, Zaqatala hava limanları, Gəncə beynəlxalq hava limanı tikilib başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.

Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycanda mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini həyata keçirən və tənzimləyən mərkəzi icra orqanıdır.

O, mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, həmçinin mülki hava gəmilərinin təhlükəsiz uçuşu, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunmasına nəzarəti təmin edir. Agentlik öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni, mülki aviasiya sahəsində dövlət nəzarətini həyata keçirir, beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq qurur, onların işində iştirak edir, həmçinin xarici ölkələrin aviasiya administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Bundan başqa, Dövlət Mülki Aviasiya Agentliyi mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini, aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını həyata keçirir.

Agentlik hava məkanından istifadəni tənzimləyən qaydaların, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak edir, həmçinin xarici dövlətlərin hava gəmilərinə Azərbaycan Respublikasının mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr verir, Azərbaycan Respublikası mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını həyata keçirir, aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırır, mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrinin (qəzalarının) araşdırılmasında iştirak edir və mülki aviasiya sahəsi üzrə qanunvericilik aktlarının layihələrinə dair rəy verir.

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, "Azərbaycan Hava Yolları" QSC (AZAL) mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

Milli aviadaşıyıcımız olan "Azərbaycan Hava Yolları"nın və onun tabeliyindəki aşağıbüdcəli "Buta Airways"in təyyarə parkında bu gün yetərincə "Airbus", "Boeing", "Embraer" kimi ən müasir avialaynerlər var. Bu tipli təyyarələrlə uzaq Amerika qitəsinə, Cənub-Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə yüksək komfortlu və təhlükəsiz uçuşlar həyata keçirmək mümkündür. Qeyd etmək yerinə düşər ki, bu gün təkcə Bakıdan deyil, həm də Gəncə, Lənkəran, Qəbələ və Naxçıvan hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir. "Azərbaycan Hava Yolları"nın ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. Nəhəng aviaşirkətə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir.

Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 İyun 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri