Bu gün parlamentdə “Gürcü Arzusu”nun təqdim etdiyi hökumətin tərkibinə etimad səsverməsi keçiriləcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bu gün Gürcüstan parlamentində hakim “Gürcü Arzusu”nun təqdim etdiyi hökumətin tərkibinə etimad səsverməsi keçiriləcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament həmçinin hökumətin “Avropaya yalnız sülh, ləyaqət və firavanlıqla” adlı hökumət proqramına etimad göstərəcək.
İrakli Kobaxidzenin yenidən baş nazir postunu tutacağı hökumətin tərkibində üç yeni nazir olacaq.
Xatırladaq ki, 26 oktyabr seçkilərinin nəticələrini və parlamentin legitimliyini tanımadıqlarını bəyan edən müxalifət partiyaları qanunverici orqanı boykot ediblər. Parlamentin sessiyalarında yalnız “Gürcü Arzusu” partiyasının deputatları iştirak edir. Hökumətin təsdiqlənməsi üçün 76 deputatın dəstəyinə ehtiyac var. Hakim partiya parlamentdə 88 deputatla təmsil olunur.
Baxış sayı:43
Bu xəbər 28 Noyabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















