Bu gün Premyer Liqada XIV tura yekun vurulacaq
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında XIV tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.
Tovuz şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.
Digər qarşılaşmada isə "Sumqayıt" "Şamaxı" ilə münasibətlərinə aydınlıq gətirəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq matç saat 19:00-da başlayacaq.
Misli Premyer Liqası
II dövrə, XIV tur
24 noyabr
17:00. “Turan Tovuz” –“ Sabah”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Tural Qurbanov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu
19:00. “Sumqayıt”– “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Rauf Allahverdiyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"i 2:0, "Qarabağ" "Səbail"i 3:0, "Neftçi" isə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 24 Noyabr 2024 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















