Icma.az
close
up
RU
Bu gün Qasım bəy Zakirin doğum günüdür

Bu gün Qasım bəy Zakirin doğum günüdür

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

1784-cü ilin 11 fevralında Azərbaycanın maarifçi və böyük satirik şairi Qasım bəy Zakir dünyaya gəlib. 

Missiya.Az xəbər verir ki, onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada alıb, ərəb, fars dillərini öyrənib. Şairin dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı verib.

Qasım bəy Zakir Azərbaycan ədəbiyyatında realizmin görkəmli nümayəndəsi, maarifçi realist satiranın banisidir. Dahinin satiraları Azərbaycan ədəbiyyatında realizmin formalaşması və inkişafında böyük rol oynayıb. Ədəbiyyat tarixində xüsusi mərhələ təşkil edən Zakir satiraları feodalizm cəmiyyətinin qüsurlarını aşkara çıxaran, zəhmətkeş xalqın hüquqlarını müdafiə edən sənət nümunələridir. Sözügedən əsərlər əsas etibarilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilib. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş şairin satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənməyib, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirib.

Zakirin "Bax", "Xəbər alsan bu vilanın əhvalın", "Qarabağ qazisi" adlı satirik şeirləri, "Ağlaram", "Öyrənib", "Ay mədəd" və s. rədifli qoşmaları və xeyli sayda ölməz əsərləri var.

Böyük maarifçi 1857-ci ildə Şuşada vəfat edib.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://missiya.az
archiveBu xəbər 11 Fevral 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri