Icma.az
close
up
RU
Bu gün Türkiyə yenə dünya diplomatiyasının mərkəzindədir

Bu gün Türkiyə yenə dünya diplomatiyasının mərkəzindədir

Azertag saytına istinadən Icma.az xəbər verir.

İstanbul, 15 may, Günel Karatepe, AZƏRTAC

Rusiya və Ukrayna tərəfləri müharibənin dördüncü ilində sülhə yol açmaq üçün bu gün yenidən İstanbulda danışıqlara hazırlaşır. Türkiyə isə bu görüşdə yalnız ev sahibi deyil, həm də həll yolu təklif edən, etimad doğuran diplomatik mərkəz kimi ön plana çıxır. Bəlkə də dünya bu gün yeni bir sülh təşəbbüsünün astanasındadır.

İki ölkənin nümayəndələri sonuncu dəfə danışıqlar masası arxasına 2022-ci ildə yenə də Türkiyədə oturmuşdu. Tərəflər martın 10-da XİN başçıları səviyyəsində Antalya Diplomatiya Forumunda, ondan əvvəl isə fevralın 24-də isə İstanbulda keçirilən birbaşa danışıqlarda Türkiyə tərəfindən bir araya gətirilmişdi ki, bu da Rusiya ilə Ukrayna arasındakı ən məhsuldar görüş kimi qiymətləndirilmişdi.

Belarusda aparılan danışıqlardan sonra Türkiyə davamlı diplomatik səylər nəticəsində Rusiya ilə Ukrayna nümayəndə heyətlərini 2022-ci il martın 29-da İstanbuldakı Dolmabahçe Prezidentlik Ofisində dördüncü dəfə bir araya gətirməyə müvəffəq oldu.

Laki, bütün bu səylər bəzi Qərb qüvvələrinin müdaxiləsi ilə yarıda kəsilərək, müharibənin yenidən alovlanmasına təkan verdi. Bunların sırasında ABŞ-ın sabiq Cozef Bayden administrasiyasının göstərdiyi “səylər”i də unutmaq olmaz.

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə birbaşa sülh danışıqlarının 2022-ci ildə qaldığı yerdən davam etdirilməsi üçün ünvan olaraq yenidən İstanbulu göstərməklə bu məsələdə yeni ümid qapısı açdı. Bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyaya açıq çağırış edərək, diplomatik varianta diqqət çəkdi. Hər iki tərəf prosesin başlaması üçün ən yaxşı seçimin Türkiyə olması ilə bağlı eyni fikirdədir. Bu seçimin səbəbini anlamaq üçün yalnız diplomatik keçmişə deyil, həm də Türkiyənin son illərdə yürütdüyü fəal sülh siyasətinə daha yaxından baxmaq lazımdır.

ABŞ Prezidenti Donald Tramp da İstanbulda keçiriləcək danışıqlarla bağlı fikirlərini ifadə edərkən bu görüşün çox önəmli olacağı və yaxşı nəticələr verəcəyini düşündüyünü bildirib.

Ekspertlər isə danışıqlar üçün İstanbulun seçilməsini təsadüf deyil, geosiyasi və diplomatik seçim kimi qiymətləndirirlər.

Bu prosesi şərh edən Türkiyənin xarici siyasət məsələləri üzrə mütəxəssisi, professor Levent Ersin Orallı fikirlərini bu sözlərlə ifadə edib: “İstanbul artıq, sadəcə, tərəflərin görüşdüyü bir şəhər deyil, diplomatik niyyətlərin formalaşdığı, həllin ilk xəritəsinin çəkildiyi yerdir. Bu baxımdan Türkiyə qlobal böhranların həllində passiv vasitəçi deyil, fəal təşəbbüskardır”.

Çünki Türkiyə son illər göstərdiyi səylərlə böhranların həlli istiqamətində diplomatik keçid nöqtəsi kimi ön plana çıxır. Bunun ən böyük nümunələrindən biri də Qara dəniz taxil dəhlizinin açılması oldu. Belə ki, onsuzda pandemiyanın yaratdığı qeyri-müəyyən vəziyyətin təsirləri altına düşən, xüsusilə daha az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələr üçün bu təşəbbüs həyati əhəmiyyət daşıdı. Bu dəhliz vasitəsilə 45-dən çox ölkəyə 33 milyon ton taxıl çatdırıldı. Yüklərin 60 faizi inkişaf etməkdə olan ölkələrə yönəldildi ki, burada da Türkiyə yoxlama və logistika proseslərində əsas rol oynadı. Bu təşəbbüs sayəsində Afrika, Asiya və Yaxın Şərqdə aclıqla mübarizə aparan insanlara milyonlarla ton taxıl çatdırıldı.

Bu gün keçiriləcək görüşlərdə ön plana çıxması gözlənilən məsələlər arasında davamlı və tam atəşkəsin elan olunması, əsir mübadiləsi və humanitar yardım dəhlizlərinin açılması, Ukraynanın neytrallıq statusu və təhlükəsizlik zəmanətləri, taxıl dəhlizinin yenidən istifadəyə verilməsi və s. yer alır.

Bütün bunları nəzərə alaraq Türkiyənin Şərq ilə Qərb, böhran ilə həll arasında “diplomatik qapı” rolunu oynadığını desək, yanılmarıq.

Prezident Rəcəb Tayyib Ərdoğanın qəti və müdrik diplomatiyası indi Türkiyəni sülh danışıqlarına ev sahibliyi edən ölkədən yeni beynəlxalq nizamda oyunu quran aktora çevirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri