Icma.az
close
up
RU
“Bu günü iki əsrə barəbər gün adlandırmaq olar”

“Bu günü iki əsrə barəbər gün adlandırmaq olar”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığımız ən böyük çətinliklərdən biri Ermənistanın öz havadarlarından bilavasitə və dolayısı dəstək alaraq yeritdiyi işğalçılıq siyasəti olub. Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz nəticəsində ölkə ərazilərinin 20 faizi 30 il müddətində işğal altında qalıb. Bu vəziyyət 30 ilə qədər bir müddətdə Azərbaycan dövlətinin suverenliyinin həmin ərazilərdə tətbiqinə imkan verməyib. İkinci Qarabağ müharibəsində xalqımız dünyanı heyrətə salan tarixi Zəfərə imza atdı. 30 il düşmən tapdağı altında qalan torpaqlarımızı 44 günlük Vətən müharibəsində işğaldan azad etdik. Bu şanlı qələbədə milli həmrəyliyimiz və birliyimiz, dövlət–xalq–ordu birliyi, Azərbaycan xalqının Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi, Azərbaycan əsgərlərinin vətənpərvərliyi ilə intellektual müharibənin effektiv kombinasiyasına nail olunması həlledici rol oynadı. Bu birlik sayəsində Azərbaycan tərəfi döyüş meydanı ilə yanaşı, hibrid müharibənin digər müstəvilərində də öz üstünlüyünü dünyaya nümayiş etdirə bildi”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli söyləyib.

Deputat diqqətə çatdırıb ki, bundan 3 il sonra, 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi: “İki il əvvəl baş vermiş bu möhtəşəm tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Bunu obrazlı şəkildə belə ifadə etmək olar: İnsan həyatında bir ömrə bərabər anlar olduğu kimi, xalqların və dövlətlərin də tarixində əsrlərə bərabər anlar olur. 30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızı 44 günə azad edəndə, hər birimiz bir ömrə bərabər anlar yaşamaqla, həm də birlikdə, tariximizdə əsrlərə bərabər şanlı səhifələr yaratdıq. Həmin səhifələr arasında 44 günlük Vətən müharibəsindəki böyük qələbəmizin davamı və qürur gətirən möhtəşəm səhifə kimi tariximizə əbədi yazılan 19-20 sentyabr 2023-cü il xüsusi yer tutur. Həmin gün Azərbaycan bütün əraziləri üzərində suverenliyini bərpa etdi. Azərbaycan əsgəri hərb tarixinin “44 gün + 23 saat 43 dəqiqə = Azərbaycanın suverenliyinin bərpası” formulunu yaratdı. Azərbaycan Ordusu bu tarixi qələbəsi ilə 30 ilə yaxın düşmən tapdağı altında olan tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də iki əsrlik bir problemi həll etdi. Ona görə də 2023-cü il sentyabrın 19-u və 20-də antiterror əməliyyatı həyata keçirilib suverenliyimizi tam bərpa etdiyimiz həmin günü iki əsrə barəbər gün adlandırmaq olar”.

Ə.Məsimli əlavə edib ki, həmin möhtəşəm gündən sonra qalib Azərbaycanımız yeni tarixi eraya qədəm qoydu: “Azərbaycanın suverenliyinin bərpası milli, regional və qlobal kontekstdə çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın suverenliyinin bərpası milli təhlükəsizliyimizin təminatının gücləndirilməsində müstəsna əhəmiyyətə malikdir. Azərbaycanın suverenliyini bərpa etməsi təkcə özü üçün deyil, bölgəmizdə yaşayan bütün xalqların və dövlətlərin də xeyrinədir. Bu Zəfərimiz təkcə 30 il işğal altında olan torpaqlarımızn dirçəlişini deyil, həm də bu Zəfər sayəsində Azərbaycanın regionda yaratdığı yeni situasiya Cənubi Qafqazin sülh və sabitlik mərhələsinə keçmək, regionumuz üçün öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqiyə nail olmaq ümidini artıran etibarlı və perspektivli bir amildir”.


Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri