Icma.az
close
up
RU
“Bu hal hələ də davam edir” Hikmət Hacıyev

“Bu hal hələ də davam edir” Hikmət Hacıyev

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom 24” işə başlayıb. Sammit Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilir.

“Qafqazinfo” xəbər verir ki, dünyanın strateji kommunikasiya sahəsi üzrə rəhbərlərini, qabaqcıl mütəxəssislərini və peşəkarlarını yenidən bir araya gətirən tədbirdə bu il “Kommunikasiya və süni intellekt: Tendensiyalar, tələlər və transformasiya” mövzusu təhlil edilir.

Sammit çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə “Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda panel iclası keçirilib.

Prezidentin köməkçisi bildirib ki, Qərb və Ermənistan mətbuatı tərəfindən, xüsusi İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatları, eləcə də COP29-la bağlı yayımlanan saxta xəbərlər ölkəmizə qarşı mütəmadi tətbiq edilən dezinformasiya siyasətinin nümunələridir və bu hal hələ də davam edir.

Azərbaycanın dezinformasiya ilə mübarizədə süni intellektdən istifadə etdiyini bildirən Hikmət Hacıyev vurğulayıb ki, Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizə qarşı hələ də dezinformasiya siyasəti aparılır. Azərbaycan bu məsələni Ermənistan tərəfi ilə danışıqlar zamanı da diqqətə çatdırıb.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə toxunan Prezidentin köməkçisi bu əlaqələrin həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxşaxəli şəkildə davam etdirildiyini deyib və ölkələrimiz arasında süni intellekt sahəsində də əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

İki gün davam edəcək sammitdə məqsəd yeni texnologiyalar və süni intellektin kommunikasiya sahəsində təqdim etdiyi yeni imkanlar, təcrübələr üzərində dayanmaq, eyni zamanda, bunun yarada biləcəyi müxtəlif problemlərə diqqəti cəlb etməkdir.

Sammitdə süni intellektin yaratdığı imkan və risklər, bu üsulla xəbərləşmə, ənənəvi mediada yeni texnologiyaların istifadəsi, yeni mediada məzmun istehsalı, dezinformasiya ilə mübarizə, informasiya təhlükəsizliyi və etik məsələlər, eləcə də əməkdaşlıq və informasiya mübadiləsinin gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri