Icma.az
close
up
RU
Bu halda sığorta şirkəti ödənişdən imtina edə bilər AÇIQLAMA

Bu halda sığorta şirkəti ödənişdən imtina edə bilər AÇIQLAMA

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Son günlər ölkə ərazisində müşahidə olunan qar və buzlanma yol hərəkətinə ciddi təsir göstərib. Bu səbəbdən yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Nəticədə həm avtomobillərə, həm də vətəndaşların sağlamlığına və əmlakına ciddi ziyan dəyir. Belə hallarda zərərin qarşılanması və sığorta mexanizmlərinin rolu daha da önəm qazanır.

Bəs sığorta şirkətləri avtomobillərə dəyən ziyanı necə ödəyir?

Sığorta eksperti Şahin İsmayılov Metbuat.az-a açıqlamasında bildirib ki, avtomobil sahibləri üçün sığorta şirkətləri tərəfindən iki əsas sığorta növü təklif olunur:

“Bunlardan ən geniş yayılmış və hər bir sürücü üçün məcburi olan "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", qısaca avtomobillərin icbari sığortasıdır. Bu sığorta növü qanunla məcburidir və onu əldə etməyən sürücülərə cərimə tətbiq olunur. Qəza baş verdikdə icbari sığorta yalnız qarşı tərəfə dəyən maddi və mənəvi ziyanı qarşılayır. İkinci sığorta növü isə Kasko sığortasıdır. Bu, icbari sığortadan fərqli olaraq, sürücünün öz avtomobilinə dəyən zərəri də qarşılayan könüllü sığorta məhsuludur. Qəzalar zamanı bir və ya bir neçə avtomobilə ziyan dəyə bilər, eyni zamanda sürücülərin və sərnişinlərin sağlamlığına və şəxsi əmlaklarına da zərər dəyə bilər. İcbari sığorta yalnız qarşı tərəfə dəyən maddi zərəri ödəyir, yəni qəzanı törədən şəxsin avtomobili üçün heç bir təminat vermir. Kasko sığortası olan avtomobillərdə isə şərtlər daha sadədir. Əgər sürücü alkoqol təsiri altında deyilsə və sənədləri qaydasındadırsa, qəza hansı şəraitdə baş verməsindən asılı olmayaraq sığorta şirkəti ona ödəniş edir”.

Ekspert qeyd edib ki, qəza baş verdikdə ilk növbədə hadisə yerinə Yol Polisi və sığorta şirkətinin nümayəndəsi gəlib hadisəni qeydə almalıdır:

“Bu, qəzanın günahkarının və zərərçəkənin kim olduğunu müəyyənləşdirmək üçün əsas prosedurdur. Yol Polisinin verdiyi qərar olmadan sığorta şirkətləri ödəniş etmirlər. Hadisə yerində sürücünün alkoqol qəbul edib-etmədiyi də yoxlanılır. Əgər sürücü sərxoş vəziyyətdə olarsa, sığorta şirkəti ödənişdən imtina edə bilər. Bəzən buzlu yollar və əlverişsiz hava şəraiti səbəbindən Yol Polisi hadisə yerinə çata bilmir. Belə vəziyyətdə sürücülər öz aralarında razılığa gələrək zərərin qarşılanması məsələsini özləri həll etməli olurlar”.

Ş.İsmayılovun sözlərinə görə, digər vacib məqamlardan biri də avtomobil şinlərinin vəziyyətidir:

“Bir çox sürücülər qış şəraiti üçün uyğun olmayan, hətta yararsız şinlərlə yollara çıxır. Bu isə qəza ehtimalını xeyli artırır. Əgər avtomobilin şinləri yol hərəkəti üçün yararsız olarsa və bu fakt təsdiqlənərsə, sığorta şirkəti ödənişdən imtina edə bilər. Buna görə də hər bir sürücü qarlı və buzlu havalarda təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Fevral 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri