Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Bu havada məktəbə gedilməz... RƏYLƏR

Bu havada məktəbə gedilməz... RƏYLƏR

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Təhsil Agentliyi sübut etməyə çalışır ki, təhsilimiz qara düşüb axsamır


Kamran Əsədov isə hesab edir ki, belə bir şaxtalı, qarlı havada dərslər dayandırılmalı, distant təhsilə keçilməli idi


Yolu-izi qar tutduğu halda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “davamiyyət” sevdası, anlaşılmaz deyil, əksinə, tam anlaşılandır. Agentlik sübut etməyə çalışır ki, təhsilimiz qara düşüb axsamır. Müəllimlərdə, şagirdlərdə məktəbə yaranmış sevgini heç bir çovğun aradan qaldıra bilməz!.. Lağ-lağı oldu, eləmi?!. Lağ-lağı etməyək də nə edək? Göz görəsi qarlı, şaxtalı havada “ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək” bəyanatına başqa nə ad vermək olar, bilmirik. MÜTDA-nin bəyanatında məhz bu cümlələr yer alıb. Daha sonra “Mövcud hava şəraiti ilə bağlı ayrı-ayrı məktəblərdə keçirilməsi mümkün olmayan dərslər (müəllimlərin işə gecikməsi səbəbindən və ya şagird davamiyyətinin əsaslı aşağı olduğu hallarda) yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri rəhbərlərinin qərarı ilə növbəti günlərdə əlavə dərslərlə əvəz ediləcək. Qeyri-sabit hava şəraiti ilə bağlı müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, təhlükəsizlik qaydalarına nəzarət gücləndirilib. Qeyd edək ki, hava şəraitinə uyğun olaraq regional təhsil idarələri tərəfindən operativ qərarlar qəbul ediləcək. Müşahidə edilən qeyri-sabit hava ilə əlaqədar valideynləri diqqətli olmağa, övladlarını nəzarətdə saxlamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq", - məlumatda bildirilir.

Sadə bir misal çəkək. Qardaş Türkiyədə hava şəraiti kəskinləşdikdə əlaqədar qurumlar orta məktəblərdə tədrisin dayandırılması – tətil qərarı verir. Və məcburi tətilin hava şəraiti normallaşanadək davam edəcəyini açıqlayırlar. Bizdə isə fərqlidir. Uşaq da, anası, atası, nənəsi, babası da (dərsə kim aparıb gətirirsə) yıxılsın, qolu-qıçı sınsın, travma, xəsarət səbəbindən sonrakı günlər də dərsə (işə) gedə bilməsin, şagird soyuq sinif otaqlarında üşüyə-üşüyə əyləşsin, təki davamiyyət azalmasın. Maraqlıdır ki, ali təhsil müəssisələri hər halda özlərini qarlı, buzlu yollarda tarazlaya biləcək gənclər üçün distant təhsil qərarı verir, orta məktəb şagirdlərini, çiyinlərində özlərindən qat-qat ağır məktəb çantası ilə dərsə gəlməyə məcbur edirlər. Həm də çox yaxın keçmişdə (pandemiya vaxtı) onlayn dərslər, distant tədris təcrübəsinə yiyələndiyimiz halda. Onu da qeyd edək ki, məktəb rəhbərləri müəllimlərdən dərsə gəlmələrini tələb edir, təbii, haqlıdırlar, əgər rəsmi distant təhsil” və ya hava şəraitinə görə zəruri tətil qərarı yoxdursa. Müəllimlər də məcburən, yıxıla-dura gedirlər, amma şagirdlər olmadığından, sübut etmək üçün ki məktəbdəyik, həyətdə qış mənzərəsi ilə foto çəkdirib paylaşırlar.    

Təhsil eksperti Kamran Əsədov da hesab edir ki, belə bir şaxtalı, qarlı havada dərslər dayandırılmalı, distant təhsilə keçilməli idi: 

- Bu havada məktəbə gedilməz. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 24-dən 25-nə keçən gecə ölkə ərazisində soyuq dövrün ən aşağı temperaturu qeydə alınacaq. Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə, Aran rayonlarında 4-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 13-18 dərəcə, yüksək dağlıq ərazilərdə isə 20-25 dərəcə şaxta gözlənilir. Yollar buz bağlayacaq. Bütün bu xəbərdarlıqlara baxmayaraq, hələ də ölkədə tədrisin tam dayandırılması ilə bağlı heç bir rəsmi qərar yoxdur. Suallar yaranır: Təhsil müəssisələrinə məsul olan şəxslər yolların buz bağlayacağını, insanların hərəkətinin çətinləşəcəyini bilmir? Şaxtalı hava şəraitində müəllimləri, şagirdləri və tələbələri yola salmaq nə qədər məntiqlidir? Onsuz da real vəziyyət budur ki, tələbələrin və şagirdlərin davamiyyəti minimal olacaq, çünki valideynlər övladlarını belə havada məktəbə göndərmək istəmirlər. Qışın ən sərt günlərindən birində məktəb və universitetlərin açıq qalması, onsuz da aşağı olan davamiyyətin formal şəkildə qeydə alınmasına, lakin insanların həyatının təhlükəyə atılmasına səbəb olacaq. Əgər UNEC və AzTU artıq hava şəraiti ilə bağlı dərsləri onlayn formata keçiribsə, digər universitetlər və orta məktəblər niyə gözləməlidir? Yolların buz bağladığı, şaxtanın sərt olduğu bir gündə dərsə getməyin heç bir təhsil yönümlü əsası yoxdur. Təhsil önəmlidir, amma ilk növbədə insanların təhlükəsizliyi təmin edilməlidir. Rəsmi qurumlar bu məsələyə ciddi yanaşmalı, lazımi tədbirlər görməli və soyuq hava şəraitində bütün təhsil müəssisələrində dərsləri dayandırmalıdır. 


Təhsil eksperti Elçin Əfəndi “Sherg.az"a açıqlamasında qeyd etdi ki, hava şəraitinə görə yolların bağlanması, nəqliyyatın hərəkətində maneələr yaranması hamının, xüsusilə şagirdlərin vəziyyətini çətinləşdirir, ağırlaşdırır: 

- Dünən də biz açıqlama verdik ki, Elm və Təhsil Nazirliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müvafiq təhsil müəssisələrinin onlayn tədrisə keçilməsiylə bağlı qərar verməlidir. Təcrübə var bununla bağlı, pandemiya zamanı dərslər distant formada tədris edilirdi. Belə olan halda şagirdlərin davamiyyət məsələsini önə çəkib, təhlükəsizliyi arxa plana keçirmək heç bir məntiqə sığmır. Hazırkı hava şəraiti və hava şəraitindən doğan hərəkət və nəqliyyat problemləri nəzərə alınaraq, 1-2 gün, hətta hava şəraitindən asılı olaraq bir neçə gün artırmaqla da distant təhsilə keçilə bilər. Ali təhsil müəssisələri qərar verdi ki, dərslər distant olacaq. Amma Agentlik ənənəvi qaydaya üstünlük verdi. Yollar buz bağlayırsa, şagirdlər necə gedəcək? Tutalım, məktəblilər arasında yaşadığı ərazi üzrə orta məktəbə gedənlər var, amma hətta bu halda da evlə məktəb arasında uzun məsafə ola bilər və valideyn məcburdur övladını səhər erkən saatlarda məktəbə aparsın, sonra da evə gətirsin. Məktəbə uzaq məsafələrdən gələnlər də var. Təhsil müəssisələrində hazırda davamiyyət olduqca aşağıdır. Başlıca səbəb də hava şəraitidir. Yaxşı olardı ki, orta məktəblərin distant təhsilə keçməsi qərarı verilərdi. Türkiyədə, başqa ölkələrdə də belə edirlər. Bizdə də belə qərar alınmalıydı. Universitet tələbələri üçün distant təhsil qərarı verilir, halbuki tələbələr yetişkin insanlardır, özlərini idarə edə bilirlər, amma uşaqlar üçün belə qərar verilmir. Uşaq, valideyn xəsarət alanda necə olacaq? Məcburdur, bir müddət müalicə alsın və o zaman tədrisdən geri qalacaq. Agentlik üçün bu məsələ günəşin çıxmasına dönüb. Ümid edirlər sabah günəş çıxacaq, buzlar əriyəcək. Hazırlıq keçən, repetitor yanına gedən uşaqlar zatən məktəbə gəlmir. Biz şagirdlərdən danışırıq, müəllimlər də var uzaq məsafə qət edib məktəbə gəlməlidirlər, gələ bilmirlər, uşaqlar da gəlib soyuq sinif otaqlarında boş-bekar əyləşir.   


Qeyd edək ki, valideynlər dərslərin dayandırılmamasından narazıdırlar və bu barədə sosial şəbəkələrdə fikirlərini qeyd edirlər:  

Şəhla Fərəcova: Valideynlər işini-gücünü atıb məktəbin yollarında özünü şikəst etməlidirlər? Bunun cavabını kim verəcək? Onsuz da məktəbə görə işdən çıxmışıq, yarım qalan sağlamlığımızı da tam itirək ? Oxuyan uşaq elə evdə olduğu halda da dərslərini oxuyacaq. Mənə görə, insan həyatı təhsildən də vacibdir! Pandemiya vaxtı evdə olduğumuz vaxtlarda daha çox oxumağa vaxtımız qalırdı, nəinki məktəbə gedəndə. Qərar verməmişdən qabaq düşünmək lazımdır, qərar verib sonra düşünmək yox! Evlərin, məktəblərin qabağı buz bağlayıb. Buzu təmizləsinlər, məktəbləri istəsinlər sonra düşünək.

Gülya Nağıyeva: Həm deyirlər "Avtomobildən mümkün qədər istifadə etməyin, yollar buz bağlayıb”, həm də “dərsə gəlin”, nə ilə gələk, vertolyotla? 

K.Muradova: Bizə monitorinq qrupu gələcək, deyilənə görə. düşünürəm ki, xizək kirayələyiblər. 

Zəhram Zəhram: Yadınızdadı, bir il şaxta gəlir, boran gəlir adıyla 2 gün məktəblər bağlandı. Halbuki hava günəşli və əla idi. Bəs indi niyə bağlanmır məktəblər? 

Güldanə Allahverdi: Rəsmi açıqlama olmasa da, valideyn qruplarında artıq qərar verilib və heç bir uşaq dərsə getməyəcək.

Şəhla Rüstəmova: Məktəblər distanta keçsin, bu havada it küçəyə çıxmaz, yazıq körpələr bu havada səhər yola düşüb məktəbə getməlidirlər, biz cəhənnəm, bu körpələri  düşünsünlər. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Fevral 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri