Bu heyvanları ovlamaq istəyənlərə XƏBƏRDARLIQ
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda 2026–2027-ci illər üzrə ov mövsümü oktyabrın 10-dan başlayacaq.
“Yeni Sabah” xəbər verir ki, ov mövsümü çərçivəsində vəhşi heyvan və quşların ovlanma müddətləri, həmçinin adambaşına müəyyən edilən ov normaları təsdiqlənib.
Ovçular müəyyən edilmiş müddət və limitlərə, eləcə də ovla bağlı digər qanunvericilik tələblərinə əməl etməlidirlər. Ov icazələrinin alınması və qaydalarla bağlı əlavə məlumat üçün aidiyyəti Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müraciət etmək mümkündür. Pepperoni pizza
Ov müddətləri və normalar:
Qaban (çöl donuzu): 10 oktyabr – 27 dekabr 2026-cı il. Norma – 1 baş. Ov ən azı 3 nəfərdən ibarət qrupla həyata keçirilməlidir.
Dovşan: 13 noyabr 2026-cı il – 10 yanvar 2027-ci il. Norma – 2 baş.
Cüllüt: 10 oktyabr – 22 noyabr 2026-cı il. Norma – 4 ədəd.
Qaz: 10 oktyabr 2026-cı il – 28 fevral 2027-ci il. Norma – 1 ədəd.
Ördək: 10 oktyabr 2026-cı il – 28 fevral 2027-ci il. Norma – 3 ədəd.
Qaşqaldaq: 10 oktyabr 2026-cı il – 28 fevral 2027-ci il. Norma – 3 ədəd.
Bildirçin: 10 oktyabr – 22 noyabr 2026-cı il. Norma – 4 ədəd.
Göyərçin (alabaxtadan başqa): 10 oktyabr – 22 noyabr 2026-cı il. Norma – 4 ədəd.
Qeyd edək ki, bəzi quş növləri ovdan istisna edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 07 Oktyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















