Icma.az
close
up
RU
Məktəblərdə telefon qadağası bu problemləri yarada bilər Ekspert AÇIQLADI

Məktəblərdə telefon qadağası bu problemləri yarada bilər Ekspert AÇIQLADI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz ki, ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirdi ki, Azərbaycanda ümumi təhsil müəssisələrində şagirdlərin dərs vaxtı telefon və digər ağıllı cihazlardan istifadəsinin qadağan edilməsi qərarı təhsil sistemində müəyyən müsbət təsirlər yarada biləcək addım kimi qiymətləndirilsə də, qərarın uzunmüddətli təsirləri və onun effektivliyi ilə bağlı müzakirələr davam edir.

Ekspert dedi ki, bu qadağanın əsas məqsədi tədris prosesində intizamı təmin etmək, şagirdlərin diqqətini dərs materialına yönəltmək və təhsil keyfiyyətini artırmaqdır:

"Lakin qərarın həm qanunvericilik çərçivəsində təhlili, həm də dünya təcrübələri ilə müqayisəsi müəyyən suallar doğurur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, təhsil sistemi şagirdlərin hərtərəfli inkişafını təmin etməyi, onların intellektual, emosional və fiziki inkişafını tarazlaşdırmağı qarşısına məqsəd qoyur. Şagirdlərin dərs zamanı telefonlardan istifadəsinə qoyulan qadağa intizamı artırmaq məqsədi daşısa da, bu yanaşmanın texnologiyanın təhsildəki rolu və rəqəmsal savadlılığın artırılması baxımından nə dərəcədə uyğun olduğu məsələsi açıq qalır. Qadağa müəyyən mənada tədris prosesində diqqəti yayındırıcı amilləri azaltmağa xidmət etsə də, texnologiyanın təhsil mühitinə inteqrasiyasını məhdudlaşdırdığı üçün şagirdlərin gələcək rəqəmsal dünyada rəqabətqabiliyyətliliyinə mənfi təsir göstərə bilər”.

K.Əsədovun sözlərinə görə, beynəlxalq təcrübələr göstərir ki, telefonlardan istifadənin məhdudlaşdırılması ilə bağlı qəbul edilən qərarlar müxtəlif ölkələrdə fərqli yanaşmalarla icra olunur.

"Məsələn, İngiltərədə məktəblərdə telefon qadağası tətbiq edildikdən sonra, 2018-ci ildə aparılan tədqiqat nəticələrinə görə, şagirdlərin akademik göstəricilərində 6-8% artım qeydə alınıb. Bu nəticələr xüsusilə zəif nəticələr göstərən şagirdlər arasında daha nəzərə çarpan olub. Bu yanaşma şagirdlərin dərs zamanı diqqətini dərs materialına yönəltmək üçün effektiv üsul kimi qiymətləndirilib. Lakin digər tərəfdən, Sinqapur və Finlandiya kimi ölkələrdə texnologiyanın tədris prosesində aktiv istifadəsi təşviq olunur. Bu ölkələrdə ağıllı cihazlar dərs zamanı yalnız yayındırıcı vasitə kimi deyil, həm də tədris resurslarına asan giriş imkanı və interaktiv öyrənmə platforması kimi istifadə edilir. Məsələn, Finlandiyada ağıllı cihazlar dərs prosesində qrup işləri, virtual laboratoriyalar və dərs materiallarının müzakirəsi üçün geniş istifadə olunur. Bu yanaşma tədrisin interaktivliyini artırmaqla yanaşı, şagirdlər arasında texnoloji bacarıqların inkişafına da töhfə verir. Sinqapurda isə hökumət texnologiyanın tədris prosesinə inteqrasiyasını dövlət səviyyəsində dəstəkləyir. Şagirdlərə rəqəmsal savadlılıq dərsləri keçirilir və texnologiyanın tədris prosesinə uyğunlaşdırılması üçün xüsusi proqramlar hazırlanır. Bu yanaşmalar texnologiyanın təhsildə yayındırıcı təsirlərini minimuma endirməklə yanaşı, onun potensial faydalarını maksimum dərəcədə istifadə etməyə imkan yaradır”, - deyə o qeyd etdi.

Təhsil eksperti onu da əlavə etdi ki, Azərbaycanda telefon qadağasının tətbiqində əsas narahatlıqlardan biri, bu cür tədbirlərin şagirdlərin rəqəmsal bacarıqlarına necə təsir edəcəyidir:

"Rəqəmsal texnologiyalar artıq müasir dünyanın ayrılmaz hissəsidir və şagirdlərin gələcəkdə texnologiyadan düzgün istifadə etməsi onların karyera imkanları və şəxsi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Qadağa tətbiq etməklə yanaşı, şagirdlərə texnologiyadan səmərəli istifadə qaydalarını öyrətmək vacibdir. Bu məqsədlə, məktəblərdə texnologiyanın istifadəsinə dair təlimatlar hazırlanmalı və müəllimlər bu sahədə xüsusi təlimlərdən keçməlidir.

Tədris prosesində texnologiyanın düzgün istifadəsi həm də şagirdlərin öyrənmə bacarıqlarını artırmaq üçün effektiv vasitədir. Məsələn, dərslərdə rəqəmsal resurslardan istifadə etmək, müxtəlif mövzularla bağlı məlumat axtarışı üçün texnologiyadan yararlanmaq şagirdlərdə analitik düşünmə və məlumat emalı bacarıqlarını inkişaf etdirə bilər. Bu yanaşma yalnız təhsil keyfiyyətini artırmaqla qalmayacaq, həm də gənclərin müasir iş mühitində tələb olunan rəqəmsal bacarıqları mənimsəməsinə kömək edəcək.

Digər tərəfdən, telefonların tamamilə qadağan edilməsi fövqəladə hallar zamanı müəyyən problemlər yarada bilər. Şagirdlərin valideynləri ilə dərhal əlaqə qurmaq ehtiyacı olan vəziyyətlərdə bu cür qadağa əlavə narahatlıqlara səbəb ola bilər. Bu baxımdan, qadağa tətbiq edilərkən xüsusi hallar üçün alternativ mexanizmlərin nəzərdə tutulması vacibdir. Məsələn, məktəblərdə xüsusi telefon məntəqələrinin yaradılması və ya təcili zənglər üçün cihazlardan məhdud şəkildə istifadə qaydalarının tətbiqi daha balanslı yanaşma kimi çıxış edə bilər”.

K.Əsədov hesab edir ki, Azərbaycanda tətbiq edilən telefon qadağası təhsil sistemində müəyyən intizam yaratmaq baxımından müsbət addım olsa da, onun uzunmüddətli təsirləri və effektivliyi ilə bağlı müəyyən qeyri-müəyyənliklər mövcuddur.

"Qadağanın yalnız məhdudlaşdırıcı tədbirlər kimi deyil, həm də texnologiyanın tədris prosesinə düzgün inteqrasiyası ilə müşayiət olunması daha məqsədəuyğun ola bilər. Şagirdlərə texnologiyadan səmərəli və təhlükəsiz şəkildə istifadə qaydalarını öyrətmək, eyni zamanda onların akademik göstəricilərini artırmaq və rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün vacib addım olacaqdır. Bu yanaşma, həmçinin Azərbaycan təhsil sisteminin beynəlxalq təcrübələrlə uyğunlaşmasına və müasir tədris tələblərinə cavab verməsinə imkan yaradacaq", - deyə həmsöhbətimiz bildirdi.

Bənövşə HƏSƏN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri