Icma.az
close
up
RU
Bu icra başçısı DTX generalıdır Maraqlı faktlar

Bu icra başçısı DTX generalıdır Maraqlı faktlar

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun fəaliyyəti yalnız rəsmi qəbullar və tədbirlərlə məhdudlaşmır. Rayon rəhbərinin müxtəlif yaş və sosial qruplardan olan insanlarla görüşləri, kəndlərə səfərləri və sakinlərlə birbaşa ünsiyyəti diqqət çəkir. Bəzən bu görüşlər rəsmi kabinetlərdə deyil, çayxanalarda və kənd sakinlərinin arasında keçirilir. Onun vətəndaşlarla nərd oynaması, yaşlılarla söhbət etməsi, uşaqlar, qazilər və şəhid ailələri ilə görüşləri fəaliyyətinin fərqli tərəflərini göstərir.
Bizim.Media “metbuat.az”a istinadla xəbər verir ki, Araz Əhmədov haqqında diqqət çəkən məqamlardan biri onun general-mayor rütbəsi daşımasıdır.
O, 1963-cü ildə Naxçıvanın Ordubad rayonunun Biləv kəndində anadan olub. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu, indiki Bakı Slavyan Universitetini bitirib.
 

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin general-mayoru ali hərbi rütbəsinə layiq görülüb. Araz Əhmədov, həmçinin Qarabağ müharibəsi veteranıdır.


O, 2022-ci il iyulun 25-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rayon rəhbərinin fəaliyyətində sakinlərlə birbaşa ünsiyyət xüsusi yer tutur. O, müxtəlif kəndlərdə keçirilən görüşlər zamanı vətəndaşların problemlərini dinləyir, müraciətləri ilə maraqlanır. Görüşlərdə sosial məsələlərlə yanaşı, kəndlərin gündəlik həyatı, sakinlərin qayğıları və təklifləri də müzakirə olunur.
 

Araz Əhmədovun görüş dairəsi də kifayət qədər genişdir. O, uşaqlarla görüşlərdən tutmuş yaşlı sakinlərlə söhbətlərə, qazilər və hərbçilərlə görüşlərdən şəhid ailələrinin ziyarətinə qədər müxtəlif tədbirlərdə iştirak edir.


İcra başçısının ötən gün balaca Kərimlə görüşü də diqqət çəkib. Masallının Ninəlov kəndinin azyaşlı sakini rayon rəhbəri ilə görüşmək arzusunda olduğunu bildirib. Bu arzu gerçəkləşib və Araz Əhmədov balaca Kərimlə görüşüb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısının sakinlərlə bu cür birbaşa ünsiyyəti onun fəaliyyətində diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Sentyabr 2026 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri