Bu iki ölkə birgə bank yaradacaq
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə SANA agentliyi Suriya Mərkəzi Bankına istinadən məlumat yayıb.
Razılaşma Suriya Mərkəzi Bankının rəhbəri Məhəmməd Safvat Raslan ilə Məhəmməd Əbunəyyanın rəhbərlik etdiyi Səudiyyə-Suriya Biznes Şurasının nümayəndə heyəti arasında keçirilən görüşdə əldə olunub.
Tərəflər bank köçürmələrinin sadələşdirilməsi və investorların Suriyada və onun hüdudlarından kənarda investisiya imkanlarına çıxışı üçün praktiki həll yollarını müzakirə ediblər. Turizm və daşınmaz əmlak sahələrindəki iri layihələrə xüsusi diqqət yetirilib.
Görüş iştirakçıları həmçinin iki ölkənin sahibkar və investorlarının iştirakı ilə bank tərəfdaşlığını inkişaf etdirmək, eləcə də Səudiyyə investisiyalarının Suriyaya cəlb olunmasına yardım etmək barədə razılığa gəliblər.
Tərəflər bank əməkdaşlığını genişləndirmək və Səudiyyə investisiyalarının Suriyaya yönəldilməsinə dəstək olmaq məqsədilə koordinasiyanı davam etdirməyi razılaşdırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 Avqust 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















