“Bu, iki qarpızın bir əldə yox, bir sinidə olması kimi olacaq” “Azərreyl” prezidentinin ə MÜSAHİBƏSİ
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın “Azərreyl” voleybol klubunun prezidenti Ramin Əzizov komandanın baş məşqçisi, fransalı mütəxəssis Boris Qrebennikovun klubdan əlavə ( “Azərreyl”in baş məşqçisidir - red ), eyni zamanda Azərbaycan kişi voleybol millisinin baş məşqçisi vəzifəsinə təyin edilməsini müsbət dəyərləndirib.
Bu barədə Ramin Əzizov İdman.Biz-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qrebennikovun iki vəzifədə olması nə klub, nə də milli komanda üçün problem yaratmayacaq:
“Düşünmürəm ki, Qrebennikovun iki vəzifəni bir yerdə icra etməsi klubumuz üçün hər hansı problem yaradacaq. Bu, dünyanın bir çox komanda idman növlərində tətbiq olunan təcrübədir. Millidə kifayət qədər “Azərreyl”in voleybolçusu var və mən əminəm ki, bu birləşmə həm klubun, həm də yığmanın xeyrinə olacaq. Bu vəziyyət iki qarpızın bir əldə yox, bir sinidə olması kimidir”, - deyə “Azərreyl”in prezidenti zarafatla qeyd edib.
Vüqar Vüqarlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 Noyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















