Icma.az
close
up
RU
Bu il alçanın qiyməti çox da düşməyəcək SƏBƏB

Bu il alçanın qiyməti çox da düşməyəcək SƏBƏB

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin aprel ayı üçün fermerlərin məlumatına görə, alça məhsuldarlığında kəskin azalma gözlənilir. Əsas səbəblər aprelin əvvəlindəki qeyri-sabit hava şəraiti, güclü yağışlar və soyuq hava nəticəsində tozlanmanın (mayalanmanın) baş tutmamasıdır. Bəzi fermerlər əvvəlki illərlə müqayisədə məhsuldarlığın 50 kiloqramdan 2-3 kiloqrama qədər düşə biləcəyini qeyd edirlər. Həmçinin, yağıntılar xəstəliklərin yayılmasına səbəb olaraq meyvələrin keyfiyyətinə də mənfi təsir göstərib.
Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, bu il havaların yağmurlu keçməsi, şübhəsiz ki, kənd təsərrüfatında, xüsusilə də bağçılıq sahəsində ciddi problemlər yaradıb:
“Yağışlı hava şəraiti səbəbindən aqrotexniki xidmətlər vaxtında həyata keçirilə bilmir. Eyni zamanda, çiçəklənmə dövrünün yağışlı günlərə təsadüf etməsi mayalanma prosesində çətinliklərə səbəb olub. Bütün bu amillər təbii olaraq məhsuldarlığa mənfi təsir göstərir. Hazırda bazarlarda satılan alçalar əsasən istixanalarda yetişdirilən məhsullardır və buna görə də onların bahalı olması başadüşüləndir. Ucuz kənd təsərrüfatı məhsulları anlayışı getdikcə aktuallığını itirir. Çünki aqrotexniki xidmətlərin, gübrələrin və dərman vasitələrinin qiyməti durmadan artır. Əgər məhsul ucuz satılırsa, bu, çox zaman onun maya dəyərindən aşağı qiymətə təklif edildiyini göstərir. Digər tərəfdən, dövlət dəstəyinin bəzən gecikməsi və dəyər zəncirinin düzgün qurulmaması da problemləri daha da dərinləşdirir”.
O qeyd edib ki, bu səbəbdən kənd təsərrüfatında müəyyən geriləmələr müşahidə olunur:
“Problemlər təkcə hava şəraiti ilə bağlı deyil. Əsas səbəblərdən biri vahid idarəçiliyin olmaması, dəyər zəncirinin düzgün formalaşdırılmaması və sahənin səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Əgər bu məsələlər həllini tapsa və biz ucuz kənd təsərrüfatı məhsulları əldə etmək istəyiriksə, mütləq məhsuldarlığın artırılması istiqamətində ciddi addımlar atmalıyıq. Məqsəd dünya standartlarına uyğun məhsuldarlığa nail olmaqdır. Bunun üçün ölkənin torpaq, günəş və su ehtiyatları kifayət qədər əlverişlidir və yüksək nəticələr əldə etmək üçün bütün imkanlar mövcuddur".
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Aprel 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri