Bu il ali məktəblərə keçid balında hansı dəyişikliklər olacaq? VİDEO Yeni Çağ Media
Icma.az, Yenicag portalına istinadən məlumat yayır.
Hər il qəbul imtahanlarında keçid ballarında dəyişikliklər müşahidə edilir. Bəs bu il ciddi dəyişikliklər olacaqmı?
Yenicag.az “Xəzər TV”yə istinadla xəbər verir ki, təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli mövzu ilə bağlı proqnozlarını paylaşıb.
Onun sözlərinə görə, yerlərin sayının artırılması planlaşdırılsa da, bu il keçiriləcək qəbul imtahanlarında keçid ballarının azalması gözlənilmir. “İnsanlar düşünür ki, yerlərin sayı artdıqca keçid balları aşağı düşəcək. Mən bunu düşünmürəm. Sadəcə olaraq, qəbul aparılmayan və qəbul faizi aşağı olan ixtisaslarda qəbul yerlərinin dolma faizi artacaq. Bu da universitetlərə əlavə maliyyə stimulu və məsuliyyət gətirəcək” , – deyə Vüsal Kərimli bildirib.
Mütəxəssis qeyd edib ki, 2026-cı ilə qədər tələbə sayı xeyli artırılmalıdır. Ötən ilin statistikasına əsasən, bu il qəbul yerlərinin sayının 5-8 min arasında artacağı proqnozlaşdırılır. Bunun əsas səbəblərindən biri yeni tədris binalarının istifadəyə verilməsidir. Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Bakıda Xəzər Universitetinin yeni binalarının tikilməsi tələbə sayında artımı dəstəkləyəcək.
Eyni zamanda, Vüsal Kərimli vurğulayıb ki, keçid balları enməsə də, qəbul suallarının ötən illərə nisbətən asanlaşdırılacağı gözlənilir. Bu isə qəbul faizinin yüksək olması ilə nəticələnə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 03 Yanvar 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















