Bu il ali məktəblərə qəbul balı arta bilər? AÇIQLAMA Yeni Çağ Media
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Görünən odur ki, tələbə qəbulu artır. Ümumilikdə isə getdikcə əhalinin sayı çoxalır. Bu baxımdan ölkədə yeni iş yerləri, müəssisələr yaradılır. Bunlar daha çox tələbənin ali təhsil almasına imkan verəcək”.
Bunu “Unikal”a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. Bu il qəbul sayının artmasının qəbul ballarına necə təsir göstərəcəyinə gəlincə, deputat bunları qeyd edib:
“Ola bilər ki, bu, qəbul ballarına təsir göstərsin. Bunlar müraciət edən abituriyentlərin sayından asılı olacaq. Həmçinin, onların hansı ixtisaslara və sahələrə yönəlməsi də burada rol oynayacaq. Bu da önəmli qərardır və ciddi artımdır. Bu, ali təhsil alan gənclərin sayına ciddi təsir göstərəcək”.
Qeyd edək ki, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu il 75 mindən çox tələbənin qəbulunun planlaşdırıldığını deyib.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 16 Yanvar 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















