Icma.az
close
up
RU
Bu il Azərbaycan futbolunda ən yaddaqalan hadisələr ARAŞDIRMA

Bu il Azərbaycan futbolunda ən yaddaqalan hadisələr ARAŞDIRMA

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Artıq 2025-ci ilin bitməsinə sayılı günlər qalıb. Bu il digər sahələrdə olduğu kimi, Azərbaycan futbolunda da bir sıra əlamətdar və maraqlı hadisələr yaşandı.
Bizim.Media həmin hadisələrin siyahısını təqdim edir:
Qarabağ yenidən ÇL-də
27 avqust Azərbaycan çempionu “Qarabağ” tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisi buna turnirin pley-off mərhələsində “Ferentsvaroş”u (Macarıstan) (1:3, 2:2) üstələməsi ilə nail olub. Qeyd edək, “Qarabağ” daha əvvəl 2017/18 mövsümündə də Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparıb.
Emin Mahmudov rekordu yenilədi
9 sentyabr Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda qol vuraraq, tarixi rekorda imza atıb. Yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub. O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib.
“Qarabağ”ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib. Qurbanov sonuncu qolunu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) vurmuşdu. Emin Mahmudov isə 2016-cı ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 56-cı matçında 15 qola çatıb.
“Qarabağ”-ın avrokuboklarda 200-cü oyunu
 

5 noyabr tarixində keçirilən “Qarabağ” - Çelsi” matçı Ağdam klubu üçün əlamətdar olub. Belə ki, "Qarabağ" avrokuboklarda 200-cü oyununu keçirib. "Qarabağ"ın qarşılaşmadakı ilk topu Avropa klub turnirlərində vurduğu 250-ci qol olub. Yubiley topuna Leandro Andrade imza atıb.


Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında 67, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 109, Konfrans Liqasında 16, Kuboklar Kubokunda 4, İntertoto Kubokunda 4 matça çıxıb. "Qarabağ" Çempionlar Liqasında 105, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 124, Konfrans Liqasında 19, Kuboklar Kubokunda bir, İntertoto Kubokunda iki qol vurub.
Meydanı tərk etmək istəməyən Vüsal Məsimov
Azərbaycan Premyer Liqasının XII turunda baş tutan “Karvan-Yevlax” – “Kəpəz” matçında maraqlı hadisə yaşanıb.
Oyunun 26-cı dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Azər Həşimov Vüsal Məsimovu Əli Abdullayevlə əvəzləmək istəsə də, futbolçu meydanı tərk etməyib.
Komanda yoldaşları Məsimovu razı salmağa çalışsalar da, o, qəti şəkildə əvəzlənməkdən imtina edib. Baş hakim Rauf Cabarov əvəzlənmə baş tutmadığı üçün oyunu davam etdirib.
Baş məşqçilərin insidenti
 

Misli Premyer Liqasının 13-cü turunun “Şamaxı” – “Sumqayıt” oyununun (1:2) sonlarında komandaların baş məşqçilər arasında gərginlik yaşanıb. Hadisə "Sumqayıt"ın bərabərlik qolundan sonra baş verib.


Qonaqların çalışdırıcısı Saşa İliç həmkarı Ayxan Abbasova qarşı aqressiv jest edib. Bu isə Ayxan Abbasovu özündə çıxarıb. Mübahisə yekununda hər iki baş məşqçi qırmızı vərəqə ilə cəzalanıb.
Hakimə hücum
AFFA Region Liqasında çıxış edən "İmişli Bələdiyyəspor" komandasının futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəza alıb. Buna səbəb isə futbolçunun "Ağsu Siti" ilə matçın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələyib, sonra ayaqla zərbə endirməsi olub.
Qeyd edək ki, bu səbəbdən qarşılaşma yarımçıq dayandırılıb və "İmişli Bələdiyyəspor"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Azarkeşlərdən kluba etiraz
 

Azərbaycan futbolunda daha bir qəribə olay 2-ci Liqada yarışan "Quba" klubunda baş verib. Belə ki, klub komandanı dəstəkləyən "Qafqaz ultras" fan-klubu ilə yollarını ayırıb.


Buna komandanın yerli mütəxəssislərdən Rəsul Babazadə ilə vidalaşması səbəb olub. Azarkeşlər klub rəhbərliyinə etiraz edərək məşqçinin geri qaytarılmasını tələb etsə də, istəkləri reallaşmayıb. Şimal təmsilçisi sosial şəbəkə hesabında bəyanat yayaraq "Qafqaz ultras"la münasibətləri pozduqlarını açıqlayıb. “Quba” yaydığı açıqlamada, həmçinin, fanatları klubu şantaj etməkdə ittiham edib.
Santuşun istefası
Azərbaycan millisinin keçmiş baş məşqçisi DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan görüşündən (5:0) sonra istefa vermək istəməyib. Təcrübəli mütəxəssis AFFA rəsmilərindən 4.5 milyon dollar təzminat tələb edib. AFFA vəzifəsindən istefaya göndərilən Fernandu Santuşa tam təzminatı ödəyib.
Naibə Məmmədova, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:380
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Dekabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri