Bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq.
Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan ikisi Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq.
Bildirilib ki, sosial xidmət mərkəzlərində sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevtlər tərəfindən əlilliyi olan uşaqlara və sosial xidmətə ehtiyacı olan digər şəxslərə, ailələrə sosial-reabilitasiya xidmətləri göstəriləcək.
Bununla da Agentliyin sosial xidmət mərkəzlərinin sayı 10-a çatdırılacaq.
Xtırladaq ki, hazırda Abşeron, Sabunçu, Nərimanov, Yasamal sosial xidmət mərkəzləri və Sumqayıt sosial xidmət kabineti fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 10 Yanvar 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















