Bu il əmək müqaviləsinə xitam verilən xəstəxana direktorlarının SAYI AÇIQLANDI
Icma.az, Bizim media saytına istinadən bildirir.
“Səhiyyə xidmətlərinin təşkili və optimallaşdırılması məqsədilə 68 tibb müəssisəsinin ştat strukturlarında dəyişiklik aparılıb və hesabat dövründə bir sıra yeni struktur bölmələri yaradılıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
O bildirib ki, 2025-ci il ərzində tabeli müəssisələr üzrə rəhbər vəzifələrə işə qəbul prosesi həyata keçirilib:
“Belə ki, il ərzində 16 direktor, 31 nəfər direktorun tibbi işlər üzrə müavini və 20 nəfər direktorun inzibati işlər üzrə müavini vəzifələrinə təyinatlar aparılıb. Ümumilikdə rəhbər vəzifələr üzrə 67 nəfər işə qəbul olunub. Eyni zamanda cari dövr ərzində 22 direktor, 28 direktorun tibbi işlər üzrə müavini və 19 direktorun inzibati işlər üzrə müavini ilə əmək müqavilələrinə xitam verilib”.
Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 19 Dekabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















