Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Bu il 50 illiyi tamam olan Sərsəng su anbarında yenidənqurma işlərinə start veriləcək.
Milli.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində strateji əhəmiyyət daşıyan hidrotexniki qurğuların modernləşdirilməsi nəzərdə tutulur.
Sədr müavini vurğulayıb ki, 2022-2023-cü illərdə Suqovuşan hidroqovşağında, Tərtərçay magistral kanalında və sol sahil kanalında əsaslı təmir işləri həyata keçirilib:
"Sağ sahil kanalının yenidən qurulması isə ərazilər minalardan tam təmizləndikdən sonra aparılacaq",-deyə o əlavə edib./trend.az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 İyun 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















