Icma.az
close
up
RU
Bu il vəfatının beş ili tamam olur...

Bu il vəfatının beş ili tamam olur...

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu dünyada elə kişilər olub ki, onlar öz ləyaqəti, cəsurluğu və mərdliyi ilə əsl kişilik məktəbi yaradıblar. Bu məktəbin tarixini səhifələdikcə, onların necə əzəmətli insan olduqlarına heyran olursan və onlarla eyni xalqdan olduğuna görə,qürur hissi keçirirsən. Akademik Musa Mirzə oğlu Əliyev belə kişilərdən biri olub. O, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü idi. Hətta 1950-1958-ci illərdə bu qurumun prezidenti vəzifəsində də çalışıb. O vaxt Azərbaycana rəhbərlik edən Mir Cəfər Bağırov bir gün akademikə telefon açaraq tapşırır ki, Səməd Vurğunla Mirzə İbrahimovu AMEA-dan uzaqlaşdırsın, sürgün olunacaqlar. O isə həyatını təhlükəyə ataraq bunu etməyib. Bu barədə növbəti söhbətlərimin birində geniş danışaram. İndi isə, mərhum akademikin yadigarı- beş il bundan öncə haqq dünyasına qovuşan AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuş Rəna Paşayevadan danışmaq istəyirəm...

Sakit təbiətli, təvazökar, kübar xanım idi. Əsilzadələrə xas olan davranışı, yüksək mədəniyyəti ilə, onu əhatə edən insanların arasında böyük hörmət qazanmışdı. Diqqət mərkəzində olmağı, özünü daha geniş kütləyə tanıtdırmağı xoşlamırdı. Həm bir ana, həm bir xanım kimi bənzərsiz idi. Mülayim rəftarı, mehribanlığı ilə seçilirdi...

Deyirdi ki:- “Qırxıncı illərin əvvəlində atamı Moskvaya, SSRİ Xalq Neft Komissarlığının Elm İdarəsinə rəhbərlik etməyə göndərdilər. Almanlar Moskvaya yaxınlaşırdı. Atam sözün hərfi mənasında bomba sədaları altında Moskvanın neft üzrə ali məktəblərini Qroznıya və Ufaya köçürürdü ki, kadr hazırlığı pozulmasın. Moskvada atamı paytaxtda saxlamağa qərara alırlar, lakin Bağırov Musa Əliyevin qayıtmasını tələb edir. Əslində, atamı güclə Bakıya qaytardılar və sonra...”

Əməkdar jurnalist Nadejda İsmayılova onun haqqında yazır: “Rəna Paşayevanı güldürmək çox çətin idi. Bir dəfə ondan müsahibə götürəndə- Rəna xanım, fikirləşirəm, sizə hansı sualı verim ki, üzünüz gülsün- deyə sual verdim. Görünür, bu sualım çox gözlənilməz olmuşdu. Rəna xanım gülümsədi: “Ümumiyyətlə mən nadir hallarda gülürəm”- deyə cavab verdi. Mən də- “Nə üçün?” -söylədim. “Bilmirəm, uşaqlıqdan qüssəli xarakterim olub. Yəqin ki, çox tez yaşlaşmışam”- deyə bildirdi. Əlbəttə, burada zaman və genlər öz təsirini göstərmişdi. Babaları və ulu babaları arasında siyasətçilər, diplomatlar, maliyyəçilər, din və maarif xadimləri olub. Onlardan ən məşhuru- babası Məmmədtağı Əlizadə çar hökumətinin naziri, Rusiyanın Almaniyadakı elçisi, 1-ci Dövlət Dumasının deputatı, “Hümmət” Partiyasının əsasını qoyanlardan biri, “Əkinçi” qəzetinin fəal yazarı olub. 1918-ci il Şamaxı hadisələri zamanı daşnaklar tərəfindən diri-diri yandırılıb. Ailəsi xilas olmaq üçün qaçmağa məcbur olub.”

Rəna xanım uşaq ikən valideynlərinin yataq otağında hökumət telefonu olub. Bu telefonla yalnız Bağırov onlara zəng edirdi. Nadir hallarda olsa da, həmin aparatın zəngi səslənəndə çox qorxurmuş və pıçıltı ilə danışırdı...

“İndi də bir mühüm məsələdən söhbət düşəndə pıçıltı ilə danışıram. Mənə deyirlər: “Sən yenə səsini azaldırsan?” Mən isə cavab verirəm ki, yəqin, elə belə də həyatdan köçəcəyəm. İndi keçmiş dövr barədə nostalgiya ilə danışanları görəndə təəccüblənirəm. Axı o dövrdə nə var idi? Növbələr, heç nə tapılmırdı, darısqal mənzillər, bir yerə getmək mümkün deyildi. Qorxu... Yox. Bu gün keçmişdən daha yaxşıdır.”- söyləyirdi.

Evləri həmişə qonaq-qaralı idi. Azərbaycan elminin əsasını qoyanların, demək olar ki, hamısı o evdə olurdu, xüsusən atsı Elmlər Akademiyasının prezidenti olan dövrdə belə görüşlər tez-tez olurdu. Səməd Vurğun, Mirəli Qaşqay, Əşrəf Əlizadə, Süleyman Vəzirov, Ədhəm Şıxəlibəyli, Şamil Əzizbəyov, Şəfaət Mehdiyev, Baba Babazadə kimi görkəmli şəxsiyyətlər onlara qonaq gəlirdi. Sadə çay süfrəsi, səmimi münasibətlər vəintellektual diskussiyaları dinləyib çox sevindirdi.Şərqşünaslıq ixtisasını isə özü seçib...

Deyirdi ki:- “O vaxt şərqşünaslığa çoxları can atırdı, çünki bu fakültə xaricə getməyə, Şərq ölkələrində işləməyə imkan verirdi. Amma mən hələ məktəb illərindən Yaxın Şərq ədəbiyyatını öyrənməyi arzu edirdim. 1968-ci ildə Livan ədəbiyyatına aid dissertasiya müdafiə etdim, 12 il Moskva Şərqşünaslıq İnstitutunda işlədim, Sudanda təcrübə keçdim, Əlcəzairdə oldum. Sonra Bakıya qayıtdım, uzun illər Şərqşünaslıq İnstitutunda, daha sonra 14 il Vaşinqtonda çalışdım.Mənim həyat yoldaşım Hafiz Paşayev ABŞ-da müstəqil Azərbaycanın ilk fövqəladə və səlahiyyətli səfiri olub.Onun səlahiyyətləri dairəsinə ABŞ-dan əlavə digər dövlətlər- Kanada, Meksika, Kuba, Latın Amerikası ölkələri də daxil idi. O vaxt Hafiz peşəkar diplomat deyildi. O, fizika-riyaziyyat elmləri doktorudur, buna görə də elm adamlarının qapılarını döyməyə başladı. Ölkəni gəzir, Kolumbiya, Harvard, Berkli universitetlərində çıxışlar edirdi. Mən səfir xanımları ilə görüşür, onların vasitəsilə ərəb dünyası ilə əlaqə yaradırdım...”

Telejurnalist Nadejda İsmayılova daha sonra yazır:- “Rəna xanım Hafiz Paşayevin ABŞ prezidentləri Buş və Klinton ilə mühüm tanışlıq görüşlərində iştirak edirdi, belə görüşlərdən yaranan ilk təəssüratın böyük əhəmiyyət kəsb etməsi isə diplomatik dairələrdə yaxşı məlumdur. Rəna xanıma xas olan kübarlıq, ağıl, davranış maneraları uzun müddət onların yadında qalırdı! Ərəb ölkələrinin səfirləri ilə Hafiz Paşayevin diskussiyalarında Rəna xanımın iştirakının əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir- filologiya elmləri doktoru, şərqşünas, ərəbşünas qadının ərəb dünyasına aid bilikləri diplomatları yaxşı mənada heyrətləndirirdi. Beləcə, onlar addım-addım vəziyyəti dəyişirdilər. Böyük səbir tələb olunurdu. Onlar heç nəyi nəzərdən qaçırmırdılar. Bəzən ən gözlənilməz tərəfdən uğur qazanmaq olardı, bu hətta kuryoz təsir bağışlayırdı...”

Rəna xanım Hafiz Paşayevlə məktəbdə oxuyarkən tanış olublar. Əvvəlcə dostluq ediblər. Məktəbi bitirəndən sonra isə, Rəna xanımın ailəsi ilə bərabər Moskvaya köçməsi gənc Hafiz Paşayevin Moskvaya gedib, aspiranturaya daxil olmasına səbəb olub. Və bu sevgi sonda evliliklə nəticələnib. Bax beləcə, onlar yarım əsrdən çox birlikdə yaşayıblar. 2020-ci ildə Rəna xanım haqqa qovuşub...

“Hafizlə dostluğum çox möhkəmdir. Çox zərbələrə birlikdə sinə gərmişik. Var qüvvəmizlə bir-birimizi dəstəkləmişik.”- söyləyirdi...

Bəli, bu il Rəna xanımın vəfatından beş il ötür. Beş ildir ki, aramızda yoxdur. Onu ehtiramla yad edir, ruhuna Allahdan rəhmət diləyirəm...

Dərin hüznlə, Elman Eldaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri