Icma.az
close
up
RU
Bu il Xocəvəndə 1552 ailə köçürüləcək Xüsusi nümayəndə

Bu il Xocəvəndə 1552 ailə köçürüləcək Xüsusi nümayəndə

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa-quruculuq işləri sürətlə davam edir. Bu yaxınlarda Prezidentin növbəti səfəri zamanı Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməli qoyuldu. Xocavənd rayonunda isə ilk əhali qrupunun köçürülməsinə başlanılıb. Hadrut, Qırmızı Bazar qəsəbələrinin və Sos kəndinin hər birində 10 ailənin ilk bərpa olunmuş yaşayış evlərinə köçü təmin edilib. Bu yaşayış məntəqələrindən başqa, ilin sonunadək Xocavənd rayonuna ətraf kəndlər və Xocavənd şəhəri də daxil olmaqla, ümumilikdə, 1552 ailənin köçürülməsi nəzərdə tutulub. Bu proses gələn il də davam edəcək.

Modern.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda jurnalistlərə müsahibəsində deyib.

E.Hüseynov bildirib ki, Ağdam və Füzulidə “Böyük Qayıdış” Proqramında nəzərdə tutulmuş layihələrin icrası qrafikə uyğun davam etdirilir: “Ağdam şəhərinə bu ilin oktyabr-noyabr-dekabr ayılarında ilk köçün reallaşacağını gözləyirik. 2-ci yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir. 4-cü və 5-ci yaşayış komplekslərinin də tikintisinə başlanılıb. Eyni zamanda, sentyabr-oktyabr aylarında 3-cü yaşayış kompleksinin və ilin sonuna doğru 1-ci yaşayış kompleksinin tikintisinə başlanılacaq. Füzuli şəhərində 2-ci yaşayış kompleksində şaquli planlama işlərinə bu ay start verilməsi planlaşdırılır. İlin sonunda isə tikinti işlərinə başlanılacaq. Gələn ilin əvvəllərində 3-cü yaşayış kompleksinin icrasına başlanılması nəzərdə tutulur.

O qeyd edib ki, indiyədək Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində də yaşayış təmin olunub. Sentyabr ayında Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin tikintisinə start verilib. Baş Qərvənd kəndinin inşası Slovakiyadan olan mütəxəssislər tərəfindən həyata keçiriləcək. Hər iki kəndin inşasının 2026-cı ilin sonunadək yekunlaşması nəzərdə tutulur.

Füzuli rayonunda Dövlətyarlı kəndinin də tikintisinə başlanılıb. Sentyabr ayında Yal Pirəhmədli kəndinin tikintisinə start veriləcək. Qaraxanbəyli kəndinin tikinti layihəsi də yekunlaşmaq üzrədir. İlin sonunadək onun da tikintisinə başlanılacaq. Beləliklə, Füzulidə 3, Ağdamda isə 5 kənddə tikinti işləri 2026-cı ilin sonunadək tamamlanacaq. (Mənbə:AzərTac)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri