Icma.az
close
up
RU
Bu ilə qədər verilən ipoteka kreditlərinin həcmi açıqlanıb AZƏRTAC

Bu ilə qədər verilən ipoteka kreditlərinin həcmi açıqlanıb AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 yanvar, AZƏRTAC

Ötən il İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib.

İKZF-dan AZƏRTAC-a bildirilib ki, ümumilikdə, 2006-2024-cü illərdə fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,31 milyard manatı keçib. Bu da 52 min 530-dan çox ailənin öz mənzil şəraitini yaxşılaşdırmasına imkan verib.

Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına düşüb.

Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8 faiz müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə (6-7 faiz) ipoteka kreditlərinin verilməsi davam etdirilib. Nəticədə, 2024-cü ildə adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4 faiz təşkil edib.

Eyni zamanda, ötən il ərzində şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin etmək məqsədilə tətbiq edilən zəmanət mexanizmində həm qiymətləndirmə standartlarının yumşaldılması, həm də zəmanət tariflərinin əhəmiyyətli dərəcədə azaldılması nəticəsində verilmiş zəmanətli ipoteka kreditlərinin həcmində 2023-cü illə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb. Belə ki, ötən il ərzində 275 sayda 28,3 milyon manat həcmində (2023-cü ildə 147 sayda 14,3 milyon manat həcmində) zəmanətli ipoteka krediti rəsmiləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri